Elmar Rüstəmov: Gələn il vəziyyət mürəkkəb olacaq

Zahid Oruc: ”22 fevraldan bu günə qədər hörmətli Elman Rüstəmovu ekranlarda görmürük”

“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.

“Burada hamımız siyasi mövqe və hökumət olaraq bir komandanın üzvüyük. İnanmıram ki, burada çıxış edənlər populizm və özünü göstərmək üçün çıxış edir. Əgər ciddi problemlər varsa, bunları açıq deməliyik”.

Bunu isə müzakirə zamanı deputat Zahid Oruc deyib. Deputat bildirib ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev milyardlarla dolları mənimsəməsəydi, bank sektoru və ölkənin iqtisadi durumu bu vəziyyətə gəlməzdi:

“Cahangir Hacıyev 10 milyardan artıq məbləği mənimsədi. Halbuki, o məbləğlə bank sektorunu ayağa qaldıra bilərik. Hökumət qeyri-populyar qərarlar qəbul edir. Dünyanın hər yerində hökumətlərin belə addımları var. Amma hökumət üzvləri əhalidə olan inamı itirməməyi bacarmalıdır. Hökumət üzvləri, məmurların bütün sahələrdə ekranlara çıxmaq sayı kəskin azalıb. Sanki müəyyən təxribatlar baş verməkdədir. Amma cənab prezident bu gün ölkəni bir çox təhdidlərdən qorumaqla məşğuldur”.

Zahid Oruc

Zahid Oruc, foto: Milli məclis.

Z.Oruc xüsusi vurğulayıb ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu bu ilin 22 fevralından mavi ekranlarda görmür:

“22 fevraldan bu günə qədər hörmətli Elman Rüstəmovu ekranlarda görmürük. Bəli, bu gün nəhayət ki, burdadır. Manat-dollar məsələsi ilə bağlı hər gün dəyişən durum əhaliyə düzgün izah olunmalıdır. Xalqın da mental xüsusiyyəti belədir ki, manatın kursu düzəlməyincə, yastıq altında olanları da çıxarmayacaq”.

Elman Rüstəmov Zahid Orucun iradları ilə razılaşıb:

“Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.

bastainfo.com



This post has been seen 6 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: