Ermənistanda iqtisadi tənəzzül 2,6 faiz təşkil edib

Ermənistanda bu ilin 3-cü rübbündə 2,6 faizlik iqtisadi tənəzzül qeydə alınıb. Bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Panarmenian xəbər verir ki, bu ilin ilk iki rübbündə müvafiq olaraq 4,3% və 1,6% artım qeydə alınıb.

Bildirilir ki, 2016-cı ilin üçüncü rübündə Ermənistanda ÜDM-in həcmi 3,1 milyard dollar təşkil edib.

Statistika Xidmətinin məlumatına görə, son rübdə əsasən tikinti sahəsində (8,5%) və kənd təsərrüfatında (2,6%) azalma müşahidə olunub. Bildirilir ki, hesabat dövründə ticarət və xidmətlər sahəsində 4,9 faiz, sənaye sayəsində isə  (energetika sahəsi də daxil olmaqla) 4,5 faizlik artım qeydə alınıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: