Jurnalistdən vəkilə ağır ittiham

“Dünənə kimi APA “gəl təhvil-təslimə qol çək” deyirdisə, artıq bu gün “Get ver məhkəməyə” deyir. Bəlkə də Xalid ona verdiyim etibarnamədən istifadə edərək mənim yerimə təhvil-təslimə də qol çəkib ki, Vüsalə Mahirqızı belə rahat danışır… Yaxşı oyun oynadız Xalid Ağaliyev və Vüsalə Mahirqızı… Halaldı sizə!”
 
Sosial şəbəkədə müxalif rəy yazdığı üçün işdən qovulan APA-nin jurnalisti Fərahim Qasımovdan vəkilinə sərt ittiham.
 Jurnalist bu haqda öz facebook səhifəsində yazıb.

“Güvəndiyim Xalid Ağaliyev də bunu edəndən SONRA…

Siyasi motivlə “APA Holding”dən işdən çıxarılandan sonra mənə ilk hüquqi yardım üçün yazan hüquqşunas Xalid Ağaliyev oldu. Hüquq müstəvisində haqqımı tələb etmək və APA-nı məhkəməyə verməyi düşünürdüm. Xalid mənə kömək edə biləcəyini dedi. Bütün lazımı sənədləri hazırlayıb ona verdim. Məni məhkəmədə təmsil etməsi üçün də etibarnamə verdim.

Bütün bu olanlara kimi Xalid həmişə mənim mesajlarıma və zəngimə cavab verirdi. Bir müddət sonra nə mesajıma cavab verdi, nə də zəngimə. Nədənsə mən vəkilimlə ikinci və ya üçüncü şəxslərin vasitəsi ilə danışırdım. İşdən çıxarılmağımın da üstündən iki ay keçirdi. İşin müddəti isə, bir ay idi. “Rayondayam, həkimdəyəm, maşın sürürəm, dişim ağrayır…” Hər gün mənə N sayda bəhanə….
 
Nəhayət Xalid yazdı: “Dəftərxana ilə əlaqə saxladım. Hakimin təyin olunmağını gözləyirəm, yəqin bu həftə sonuna o da olacaq”.
Elə həmin gün bizə məlum oldu ki, Xətai rayon məhkəməsinə elə bir iş gəlməyib. Xalidin buna cavabı “Rayon məhkəməsi 1 saylı inzibati-iqtisadi məhkəməyə göndərib” şəkilində oldu. Yarım saat içində dəqiqləşdirdik ki, heç ora da elə bir müraciət daxil olmayıb.

Türklər demiş “Bardağı taşıran son damla” Xalidin mənə “Çaşdım 2-ci inzibati-iqtisadi məhkəməyə gedib” cavabını verməsi idi.
 
Tez anamla əlaqə saxladım və Xalidlə olan müqavilənin pozulmasını istədim. Xalid yenə 2-3 gün bizi gözlətdi. Sonra anama yığıb demişdi ki, “Banka 30 manat ödəyin, çekini gətirin, yenidən verək”. Halbu ki, mən işin məhkməyə getməsi üçün Xalidə bütün sənəd-subutlarla bərabər məhkəmə rüsumunu da vermişdim.
 
Sənədlər alındı və etibarnamə ləğv olundu. Məni yandıran isə, Xalidin 2 saylı İnzibati-İqtisadi Məhkəmə adından anam verdiyi saxta qərar idi. Hansı ki, bunu özü hazırlamışdı və guya göstərmək istəyirdi ki, günahı yoxdur, göndərib, məhkəmə də müəyyən səbəblərdən geri qaytarıb. (Verilən saxta sənədə şərhdə baxa bilərsiniz)
 
Mən həmin sənədi görən kimi bunun saxta olduğunu anladım. Xalidin özünə yazdım amma, cavab gəlmədi. Məhkəmədən gələn cavabı dəqiqləşdirmək üçün 2 Saylı İnzibati-İqtisadi Məhkəməyə yazılı şəkildə müraciət etdik. Bir müdət sonra sorğumuza cavab gəldi: “Xalidin bizə məhkəmə adından verdiyi sənəd saxta idi. Məktubda qeyd olunan işin nömrəsi isə, əlliliyə görə pensiya almaq istəyən bir vətəndaşın işi idi. Hakim Tağıyevin adından çəkilən imza da saxta idi”. (Məktuba şərhdə baxa bilərsiniz)
 
VƏ Güvəndiyimiz adam Xalid Ağaliyev niyə belə hərəkət etdi? Mən ona neyləmişdim? Bilirsiz Azərbaycanda olsaydım bu hadisə mənə o qədər də təsir etməzdi. Amma, qürbətdə özümə yaxın və güvənilir bildiyim adam (lar) tərəfindən aldadılmaq çox ağırdır. Düşdüyümüz çətin vəziyyətdən istifadə edərək alver etmək isə, … bilmirəm bunu necə ifadə edim.
 
Dünənə kimi APA “gəl təhvil-təslimə qol çək” deyirdisə, artıq bu gün “Get ver məhkəməyə” deyir. Bəlkə də Xalid ona verdiyim etibarnamədən istifadə edərək mənim yerimə təhvil-təslimə də qol çəkib ki, Vüsalə Mahirqızı belə rahat danışır… Yaxşı oyun oynadız Xalid Ağaliyev və Vüsalə Mahirqızı… Halaldı sizə!”
15181640_1522756787740460_8889830386737200870_n15181384_1522755221073950_3247112615417432223_n
 
 
Bastainfo.com

 



This post has been seen 14 times.

One thought on “Jurnalistdən vəkilə ağır ittiham

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: