Nardaran sakini özünü metroda qatarın altına atıb

Bakı metrosunda intihara cəhd olub.

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, bu gün saat 09:20 radələrində bir kişi özünü “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın altına atıb.

Araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu olması müəyyən edilib.  

Qatar dərhal dayandırılıb, gərginlik kəsilib və sərnişin qatarın altından çıxarılıb. N. Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

Hadisə səbəbindən qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.

 

Bastainfo.com



This post has been seen 2 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: