Qaza və işığa görə ayda nə qədər pul ödəyirsiz? – SORĞU

Əhaliyə verilən təbii qazın və elektrik enerjisinin qiymətinin artırılması sosial vəziyyəti onsuz da ağır olan aztəminatlı ailələrə doğrudanmı təsir etməyəcək?

“Basta” əməkdaşları bununla əlaqədar mini rəy sorğusu keçirib. Respondentlərimizdən indiyə qədər işığa və qaza görə adətən nə qədər pul ödədiklərini soruşmuşuq.

Qeyd edək ki, hüquqi qeyri-əhali kateqoriyası üzrə abunəçilərə, yəni müəssisələrə verilən qazın və elektrik enerjisinin qiyməti artıq noyabrın 29-dan bahalaşıb. Qazın bahalaşması ilk növbədə çörək və şirniyyat sexlərinin büdcəsinə ciddi təsir edəcək.

“YA ÇÖRƏYİN ÇƏKİSİNİ AZALTMALIYAM, YA DA…”

Adının çəkilməsini istəməyən iş adamı bunları deyib: “Çörək sexim var. Burada qaza görə hər ay azı 3500-4000 manat pul ödəyirdim, indi azı 7 000 manat ödəyəyəcəm. “Levıy” xətt çəkməyə qoymadılar. Özləri qazı bahalaşdırsalar da, indi deyəcəklər ki, çörəyi bahalaşdırma. Mənim heç o qədər gəlirim yoxdur ki, əlavə 3-4 min manat pul ödəyim. İşçilərin maaşının yarısını çörəklə ödəyirəm. Ona görə məcburam ya çörəyin çəkisini azaldım, ya da sexi bağlayım”. 

Selofan paketlərin istehsalı ilə məşğul olan başqa bir sexin sahibi isə qazın yox, işığın bahalaşmasından narazıdır: “Sexdə olan avadanlıqlar üç faza işıqla işləyir. Ayda 7200 manat işığa pul ödəyirdim, indiki tariflə işıqpulu vermək məhv olmaq deməkdir”

“KASIBIN BELİ QIRILACAQ”

Əhaliyə gəlincə, evində kombidən və qızdırıcı qaz sobasından istifadə edən hər kəs qazpulunu daha artıq ödəyəcək.

Yeni Yasamal sakini Kərimxan Zeynalov deyir ki, bu qərar kasıblara daha çox təsir edəcək.

“Mən “novostroyka”da yaşayıram. Binamıza qaz verilməyib. Ona görə hər ay azı 70-80 manat işıqpulu ödəyirəm, belə çıxır ki, indidən sonra hər ay 120 manat ödəməliyəm. Deyirlər ki, qiymət artımı kasıblara təsir etməyəcək, amma əksinə, bu qərar varlılara yox, kasıblara təsir edəcək. Deputatlar, məmurlar ayda 3-4 min manat maaş alırıar, başqa gəlirləri var, onlar üçün ayda 50-60 manat əlavə ödəmək problem deyil. Mənim kimi 170 manat pensiya ilə dolanan kasıbın isə beli qırılacaq”, – Kərimxan Zeynalov deyir.

“VARLILAR BİR GÜN EVDƏ, BİR GÜN BAĞDA QALIRLAR”

Buzovna sakini Niyaz Nəsir Bakı kəndlərində yaşayan hər kəsin bu bahalaşmadan narazı olduğunu bildirir. 

“Bakı kəndlərində “parnik”-də xiyar-pomidor, göyərti becərib dolanan tək-tük adamlar qalmışdı. Onlara böyük zərbə dəyəcək. Qalan camaata da təsir edəcək. Hamı evində ya “ceyran peçi”, ya “iran peçi” yandırır. Mənim də evimdə var. Qışda hər ay qaza 50-60 manat ödəyirdim. Qoyduqları güzəşt limiti heç 3 aya bəs eləməyəcək. İndi məlum olur, mart ayından tək qaz üçün 100-120 manat ödəməliyəm. Qonşularım da eyni vəziyyətdədir, hamı narazıdır. Hökumətin bu qərarı kasıb camaata “öl” deməkdir. Varlıların hərəsinin 3-4 evi var. Bir gün evdə, bir gün bağda qalırlar. Ola bilər ki, onlar heç güzəşt limitini aşmayacaqlar. Nə olursa, elə kasıba olur”, – Niyaz Nəsir deyir.

Zaqatala sakini, evdar xanım Hafizə Abbasova da bahalaşmanın ona təsir edəcəyini deyir.

“İş tapa bilmədiyim üçün, evimdə tort, şirniyyat bişirib dükanlara verirəm. Məcburam “duxovka” işlətməyə. Evdə xırda uşaqlarım var, istilik üçün İran peçi yandırırıq. Həm işığa, həm qaza görə üst-üstə ayda azı 100 manat pulumuz çıxırdı. Bundan artığını ödəmək mümkün olmayacaq”.

QAZA 12,5 İŞIĞA 17,5 MANATDAN ÇOX ÖDƏYİRSİZSƏ…

Xatırladaq ki, noyabrın 28-də Tarif Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının, eləcə də dərmanların satışı tariflərini artırıb.

Qərara əsasın təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qazla yanaşı, elektrik enerjisi üzrə tariflərə də artırılıb, pərakəndə satış tarifi  sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Qaz və işığın qiymət artımı ilə bağlı ekspertlərin apardığı hesablamaya görə, ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyən abunəçilər yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcək.

Ayda 17,5 manatdan çox işıq pulu verənlər isə yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyata 55% daha çox ödəniş edəcək.

Картинки по запросу işıqpulu qaz pulu

Apardığımız mini sorğu göstərir ki, əhalinin mütləq əksəriyyəti qaza və işığa görə ayda müvafiq olaraq 12,5 və 17,5 manatdan daha çox pul ödəyir. Bu o deməkdir ki, hakimiyyətin güya kasıbları bahalaşmadan qoruduğu haqqında təbliğat həqiqəti əks etdirmir. Xususən, rayonlarda və Bakı kəndlərində yaşayan sakinlər, paytaxtda isə istilik sistemləri olmayan “hökumət evlərində” və hündürmərtəbəli binalarda yaşayan hər kəs işıq və qaza görə yeni tariflə pul ödəməli olacaqlar.  

Üstəlik, hökumətin bu qərar çörəyin, şirniyyatın, ərzaq məhsullarının, metronun qiymətinin artmasına səbəb, yaxud bəhanə ola bilər ki, bunun da altını aztəminatlı əhali çəkəcək.

Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 19 times.

One thought on “Qaza və işığa görə ayda nə qədər pul ödəyirsiz? – SORĞU

  • 09.12.2016 at 15:50
    Permalink

    “One thing I would like to say is always that car insurance cancelling is a dreaded experience and if you’re doing the proper things as being a driver you may not get one. Many people do are sent the notice that they’ve been officially dropped by their own insurance company and many have to fight to get further insurance after a cancellation. Low-priced auto insurance rates tend to be hard to get following a cancellation. Having the main reasons for auto insurance canceling can help motorists prevent sacrificing one of the most crucial privileges obtainable. Thanks for the thoughts shared by your blog.”

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: