Suriya: Dəməşqin kənarına “İsrail raketləri” atılıb

Suriya mediası yazır ki, İsrail təyyarələri Livanın hava məkanından Dəməşq istiqamətində iki raket atıb.

Hərbi mənbələrdən Sana xəbər agentliyinə bildirilib ki, raketlər Sabbura ərazisinə düşüb, amma heç bir itkiyə səbəb olmayıb.

Livandan Dəməşqə gedən yol bu ərazidən keçir.

BBC xəbər verir ki, İsrail hərbiyyəsi hələlik məsələyə şərh verməyib.

Hərbiyyənin keçmişdə Livandakı Hizbullah hərəkatına silah daşıyan gəmiləri vurması bəllidir.

 

Bastainfo.com



This post has been seen 6 times.

One thought on “Suriya: Dəməşqin kənarına “İsrail raketləri” atılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: