Vəlvələ çayı daşıb, Qubanın 50 məhəlləsinə gediş-gəliş çətinləşib

Vəlvələ çayının daşması Quba rayonunda 50 məhəlləyə gedən yolda gediş-gəlişi çətinləşdirib. 

Bu barədə “Report”un Şimal bürosuna açıqlama verən Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Yusif Abidov bildirib ki, Vəlvələ çayı mütəmadi olaraq bu yaşayış massivində fəsadlar törədir: “Fəsadların aradan qaldırılması üçün əraziyə texnika göndərilib. Həmin yaşayış massivinin yaxınlığında yerləşən istirahət mərkəzinin sahibinə tövsiyə olunub ki, sakinlərə kömək məqsədi ilə istirahət mərkəzinin yolundan onlara istifadə etməyə icazə versin. Sahibkar da sakinlərə istirahət mərkəzinin yolundan istifadə etməyə icazə vermişdi. İndi sahibkar yolu bağlayıbsa İcra Hakimiyyəti onun işinə müdaxilə edə bilməz. Lakin biz bu məsələni diqqətdə saxlamışıq, selin yaratdığı fəsadların və yolun bərpa olunması üçün adiyyəti qurumlara tapşırıqlar veriləcək”.

Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəlində rayon ərazisində müşahidə olunan güclü yağışlardan sonra Vəlvələ çayı daşıb. Nəticədə rayonun Afurca kəndinin Durahi adlanan yaşayış massivinə gedən yolda sakinlərin və nəqliyyatın hərəkətində çətinliklər yaranıb. 

Yaşayış massivinin yaxınlığında yerləşən istirahət mərkəzinin sahibi sakinlərə müvəqqəti istifadə üçün yol verib. Sonradan yolun bağlanılması sakinləri çətin duruma salıb.

 

Bastainfo.com



This post has been seen 2 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: