“Vətəndaşların hüququnu pozanlar YAP üzvləridir”- Şikayət var

“Mənim sağlamlığıma bilərək zərər vuran, mən professoram deyə-deyə palaz boyda reseptləri mənə yedirdən, mənə “qastrit” diaqnozu qoyuldugu halda, ruhi xəstələrə verilən “amitriptilin”ə qədər nə ki, zəhərli dərmanlar var müalicə adına sırıyan həkimciyi məsuliyyətdən kənarda saxlayanlar elə YAP hakimiyyətinin üzvləridir.”

“Basta”-nın oxucu poçtuna yerli məmurlardan şikayət məktubları gəlməkdə davam edir.

O məktublardan birini olduğu kimi təqdim edirik:

Salam Basta!

Sizə Şəki rayonundan yazıram. 1964-cü ildə Şəkidə doğulmuşam. Tam hüquqlu vətəndaşam. Milliyyətcə ləzgiyəm. Eşitmə qabiliyyətini itirmişəm, II qrup əliləm. Dövlət mənə əlilliyimə görə cəmi 55 manat  pensiya verir. Ötən ilin 19 noyabr tarixində Şəki prokurorluğuna şikayət etdim. Şikayətin motivi Mərkəzi Rayon Xəstəxanasının poliklinika həkimi Etibar Kərimovun və özəl satmotoloji kabinetdə fəaliyyət gösrətən diş həkimi (ona həkim demək olarsa)Ş.Ələkbərin bilərəkdən sağlamlığıma vurulan zərərin ödətdirilməsi istiqamətində araşdırma edilməsi idi. Lakin Şəki prokuroru Elmar Camalov mənə qarşı qərəzli mövqe sərgilədi . “get kimə istəyirsən şikayət elə “dedi. (26 noyabr 2015 tarixində Arqumentı.az saytında şikayətim yazılıb) Daha sonra Şəki Məhkəməsinə və Appelyasiya Məhkəməsinə müraciət etdim. Şəki Appelyasiya Məhkəməsi 01.07.2016 tarixli qərarını baxılması üçün Şəki rayon prokurorluğuna göndərdi. Artıq 3 ay keçir amma Şəki prokuroru Elmar Camalov qərəzli mövqedən əl çəkmir. Nə mənim sağlamlığıma vurulan zərəri ödətdirmir nə də, sənədlərimi başqa rayonun prokurorluğuna verməyə imkan vermir. Prokuror Elmar Camalov mənim ekspertizaya göndərildiyimi desə də, fakt budur ki, bu günə qədər məni ekspertizaya göndərməyiblər. Bu zaman ortaya sual çıxır. Məni ekspertizaya göndərməyiblərsə mənim əvəzimə kimi göndərəcəklər?

İşi araştırmalı olan müstəntiq Vuqar Orucov iki dəfə mənə hücum edərək şəxsi telefonumu əlimdən almaqa çalışıb. Prokuror müavini Vuqar Hacıyev özünü bazar adamı kimi aparır. Mövcud qanunvericiliyə uyğun olaraq istintaq maksimum 1 ay müddətində başa çatmalıdır. Müstəntiq Vuqar Orucov və prokuror Elmar Camalov mənə qarşı qərəzli mövqedə olduğu üçün artıq 3 cü aydır istintaq aparılmır. Elmar Camalov aşkarca cinayətkar həkimlərin tərəfini saxlayır onları müdafiə edir. Haqq qazandırmaqa çalışır. Bu qanunazidd biyabırçı vəziyyətdən bezib 15 avqustda prezidentə teleqram yollamışam. Hələ də cavab yoxdur. 25 avqustda baş prokuror Zakir Qaralova teleqram yollamışam. Cavab yoxdur. Baş Prokurorun müavini Rüstəm Usubova zəng etmişəm (nömrəni BPrəsmi saytından götürmüşəm)Şəkidən olduğumu biləndə telefonu üzümə qapatdı. Azərbaycan hakimiyyətdə olan YAP funksionerləri hər gün mətbuatda ölkənin güllük-gülüstanlıq olduğunu söyləyirlər. Amma ölkə vətəndaşlarının hüquqlarını pozanların hamısı YAP üzvləridir.

Bəyəm hakim partiyanın yetkililəri mətbuatı izləmirlər??

Ölkədən xəbərləri yoxdur??

Azərbaycan Səhiyyəsindəki rüsvayçı vəziyyəti–sol ayaq əvəzinə sağ ayagı kəsən həkimləri, adi “boğaz əti”əməliyyatı zamanı 3 yaşlı körpəni öldürən, hamilə qadınları pul vermədiyinə görə qətlə yetirən həkimləri görmürlər???

Mənim sağlamlığıma bilərək zərər vuran, mən professoram deyə-deyə palaz boyda reseptləri mənə yedirdən, mənə rəsmi”qastrit” diaqnozu qoyuldugu halda ruhi xəstələrə verilən “amitriptilin”ə qədər nə ki zəhərli dərmanlar var müalicə adına sırıyan həkimciyi məsuliyyətdən kənarda saxlayanlar elə YAP hakimiyyətinin üzvləridir.

Damağımdakı iltihabı görə-görə üzərinə metallik keramika taxıb mənim sağlamlığıma ciddi zərər vuran diş həkimini(ona həkim demək mümkünsə) məsuliyyətdən qurtarmağa çalışanlar prokuror və müstəntiq hansı hakimiyyətin kadrlarıdır??

 Əğər prezidentə göndərilən teleqramlara cavab verilmirsə özbaşına qalmış hüquq mühafizə orqanlarında heç vaxt qanunlara əməl olunmayacaq.

Prezidentə və Baş Prokurora vurdugum teleqramlara cavab verilmirsə deməli Azərbaycanda xaos hökm sürür.

Halbuki Yeni Azərbaycan Partiyası mənə-bu ölkənin vətəndaşına hər şey borcludur. Ev, iş, normal sosial təminat, hüquqlarımın müdafiəsi və təminatı.Normal səhiyyə və.s. hər şey borcludur.

Amma gördüyünüz kimi hətta ən adi hüquqalrım belə tapdanır. Azərbaycan vətəndaşlarını üsyana sürükləyən, etiraz mitinqlərinə çıxmaq məcburiyyətində qoyanlar hüquq mühafizə orqanlarındır.

Hüququ pozulan vətəndaş nə qədər dözməlidir??

Bu ölkənin, bu on milyon əhalinin yiyəsi yoxdurmu??

Mən vətəndaş olaraq daha haralara və kimlərə müraciət etməliyəm??

Bəlkə qonşu ölkələrin prezidentlərinə şikayət edim hə????

YAPın sözçüsü Siyavuş Novruzov hər gün mətbuatda müxalif siyasi partiya liderlərini söyməklə məşgul olmaqdansa, onların həyatlarını araşdırmaqdansa mənim -vətəndaşın pozulan hüquqlarının bərpası ilə məşgul olsun.

Şəkinin prokuroru Elmar Camalovdan soruşsun ki, vətəndaşları üsyana sürükləyir, prezidentin əleyhinə qaldırır.

Bax Siyavuş Novruzov və digər YAP səlahiyyətliləri ölkə vətəndaşlarına problem yaradan məmurların yaxasından yapışıb hesab sorsunlar. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan vətəndaşları müxalifət partiyalardan heç nə tələb edə bilməzlər. Nə ev, nə iş, nə normal səhiyyə, nə də hüquqalrının müdafiəsini!

Bütün bu sadaladıqlarımı mənə-Azərbaycan vətəndaşına borclu olan bir partiya var Yeni Azərbaycan Partiyasi!!

Hörmətli BASTA saytının əməkdaşları sizə müraciət etməyi mənə vəkilim məsləhət gördü.

Hörmətlə Rəhimə Novruzəliyeva

Şəki şəhəri

 

Könül Alı, Bastainfo.com

 



This post has been seen 5 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: