2 gündə 2-ci dəfə: Bakı metrosunda daha bir intihar cəhdi

Bakı Metrosunda daha bir insident olub. APA TV-nin məlumatına görə, hadisə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb.
30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.

Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: