Bakı metropoliteni intihara hazırlaşanlara müraciət etdi – Günün xəbəri

“Belə hadisələrə görə, maşinistlər, sərnişinlər də böyük narahatlıq keçirir, gecikmələr yaranır”

“Bakı Metropoliteni” son günlər metroda intihar cəhdləri ilə əlaqədar ilginc müraciət yayıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a açıqlamasında deyib ki, son iki gündə metroda ikinci intihar cəhdinin qeydə alınması narahatlıq yaratmaya bilməz: “Hər iki hal yalnız və yalnız maşinistlərimizin sayıqlığı nəticəsində faciə ilə nəticələnməyib. Vətəndaşlar öz həyatları ilə bərabər, maşinistlərin həyatı üçün də təhlükə yaradırlar. Eyni zamanda belə hadisə zamanı metrodan istifadə edən yüzminlərlə sərnişin də böyük narahatlıq keçirir, gecikmələr yaranır”.

Vətəndaşlardan öz həyatlarına və ətrafdakı insanların həyatlarına diqqətlə yanaşmağı xahiş edirik”.

Bizim şərh: “Müraciətin məğzi təqribən belədir: “Gedin başqa yerdə intihar edin, maşinist və sərnişinlərimizə narahatlıq yaratmayın, qatarlarımızı yubatmayın, imkanınız varsa, ümumiyyətlə intihar etməyin”

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: