Bütün valyutalar manata nisbətdə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7318 manat təşkil edib.

Lakin banklarda dolların real məzənnəsi 1,8 manatı keçib.

AMB Avrozonanın vahid valyutası avronun məzənnəsini 1,8360 manat, Rusiyanın milli valyutası rublun məzənnəsini isə  0,0270 manat olaraq müəyyən edib.

Lakin bu gün səhər “Əmrahbank”ın məzənnə lövhəsindən çəkilən şəkildən görünür ki, son bir gündə bütün xarici valyutalar manata nisbətdə bahalaşıb.

Bastainfo.com



This post has been seen 17 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: