Gürcüstan və Ermənistanda maaşlar Azərbaycandan yüksəkdir – HESABAT

Azərbaycanda orta aylıq əməkhaqqı 303 dollar təşkil edir. Bu məlumat Beynəlxalq Əmək Təşkilatının 2016-cı ilin yekunlarına dair hesabatında əks olunub.

Hesabatda bildirilir ki, Gürcüstanda orta aylıq əməkhaqqı 430, Ermənistanda isə 403 dollar təşkil edir.

Siyahıda ilk onluq belədir: Norveç – $7050, Avstraliya – $5200, Yeni Zellandiya – $4700, ABŞ – $4500, Almaniya – $4500, Kanada – $3600, Yaponiya – $3400, Fransa – $3400, İtaliya – $3200, Cənubi Koreya – $2800.

Rusiyada orta aylıq əməkhaqqı 800 dollardır. Afrikanın əksər ölkələrində isə orta aylıq əməkhaqqı 50  dollar civarındadır.

Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization, ILO) BMTnin xüsusi təsisatıdır.

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: