Məcburi köçkünlərin güzəştli işıq istifadəsi üçün ayrılan büdcə 2 dəfə azalıb

“Ya güzəştlərin həcminə yenidən baxılacaq, ya da…”

Məcburi köçkünlərin güzəştli işıq istifadəsi üçün ayrılan büdcə 2 dəfə azaldıldığını Meydan TV-yə şərh edən iqtisadçı rövşən ağayev deyib.

2017-ci ildə qaçqın və məcburi köçkünlərin elektrik enerjisindən güzəştli istifadə üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcminin 2 dəfəyədək azaldılması nəzərdə tutulur.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində xərclər azaldılıb.

Rövşən Ağayev foto sosial şəbəkə

Rövşən Ağayev foto sosial şəbəkə.

İqtisadçı Rövşən Ağayev deyir ki, 2016-c ildə bu rəqəm 55.4 milyon manat nəzərdə tutulmuşdu. 2017-ci ilin büdcə sənədində 29.2 milyon manata endirilib:

“İki variant var: ya güzəştlərin həcminə yenidən baxılacaq, ya da… İkinci variantı yəqin büdcə müzakirələrinin gedişində öyrənmək mümkün olacaq. Təbii əgər başqa variantlar varsa”.

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: