Usta Fəxrəddin: “Mənim bu millətə yazığım gəlir”

Tərif xəstəsidi söz dəlisidi
Səbir yiyəsidi döz dəlisidi
Özü öz qənimi öz dəlisidi
Mənim bu millətə yazığım gəlir

 

Dərdini sevinə-sevinə çəkdi
Hərə öz cibinə evinə çəkdi
Milyon yiyəsi var meydanda təkdi
Mənim bu millətə yazığım gəlir

 

Tuş gəldi zalımın daşına susdu
Bələndi gözünün yaşına susdu
Yetən bir ip saldı başına susdu
Mənim bu millətə yazığım gəlir

 

Yedi ən ləzzətli loxmasını yad
Çevirdi dar gündə arxasını yad
Yadı doğma bildi doğmasını yad
Mənim bu millətə yazığım gəlir

 

Gün gündən bəd gəldi axşam sabahdan
Buzlarda əridi çəkdiyi ahdan
Nə “şahdan”yarıdı nədə Allahdan
Mənim bu millətə yazığım gəlir

Usta Fəxrəddin

 

Bastainfo.com



This post has been seen 19 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: