Arif Hacılı: “Əhalinin 95 %-i daha çətin duruma düşəcək”

“Əslində qazın, işığın qiymətlərinin qaldırılması əhalinin 5% nə korrupsiya, rüşvət yolu ilə milyonlar toplamış məmur təbəqəsinə, deputatlara təsir etməyəcək.”

Taris Şurasının qərarına münasibət bildirən Müsavat başqanı Arif Hacılı bu sözləri deyib.

“Rüfət Quliyev adlı deputat deyir ki, qazın qiymətinin artırılması yoxsullara təsir etməyəcək.

İlham Əliyev isə ölkədə yoxsulluq həddinin 5 % dən aşağı olduğunu bəyan edib.

Hətta bu məntiqlə belə çıxır ki, qazın qiymətinin artırılması əhalinin 95% nə təsir edəcək.

Real vəziyyət isə daha acnacaqlıdı.

Normal ölkələrdə əhalinin qazancının 50% – dən çoxunu istehlak tələblərinə xərcləmək zorunda olan hissəsi yoxsul sayılır.

Azərbaycanda 1 dollar 78 qərik olanda minimum əmək haqqı 125 manat, aylıq ərzaq zənbili isə 105 manat, minimum əmək haqqının 84 % nə bərabər idi.

Bu ilin yaşayış minimumu isə manatın məzənnəsi xeyli yüksək olanda 136 manat hesablanıb. Yəni aylıq gəliri 136 manatdan az olan hər kəs, ayda 544 manatdan az olan 4 nəfərlik ailə yoxsul sayılır.

Bu ilin əvvəlində müəyyən edilmiş rəqəmlər idi. İndi isə vəziyyət daha da pisləşib.

Əslində qazın, işığın qiymətlərinin qaldırılması əhalinin 5% nə korrupsiya, rüşvət yolu ilə milyonlar toplamış məmur təbəqəsinə, deputatlara təsir etməyəcək.

Əhalinin 95 % i isə yaşamaq uğrunda mübarizədə daha çətin duruma düşəcək.”

 

Bastainfo.com

 



This post has been seen 22 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: