Prokuror Bayram Məmmədova 10 il 6 ay iş istədi

Dövlət ittihamçısı Bayram Məmmədova 10 il 6 ay həbs cəzasının verilməsini istəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Bayram Məmmədovun növbəti məhkəmə prossesi keçirildi.

Divan üzvü Razim Əmiraslanlının “Basta”-ya verdiyi məlumata görə məhkəmədə Müsavat Partiyasının başqanı Arif Hacılı, başqan müavinləri Tofiq Yaqublu, Elman Fəttah, Divan üzvləri Razim Əmiraslanlı, Nemət Kərimli, Məclis üzvləri Kərimxan Zeynalov və Zakir İsmayıl, Milli Şuranın sədri Cəmil Həsənli, araşdırmaçı jurnalist Xədicə İsmayıl, bir çox başqa jurnalistlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham edilsədə əslində Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyini qeyd edən Razim Əmiraslanlı dövlət ittihamçısı heç bir hüquqa, qanuna, fakta söykənmədən Bayram Məmmədova 10 il 6 ay həbs cəzasının verilməsini istədiyini bildirdi.

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: