Məcburi köçkünlərin statusu ləğv edilə bilər – Deputatlar təklif verdi

Çingiz Qənizadə: “25 il müddətində qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil problemi həll olunub”

“Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər”.

Bu təkliflə APA-ya açıqlamasında deputat Çingiz Qənizadə çıxış edib.

Bu insanlar 25 ildir “qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar? Axı ötən dövrdə onların sosial təminat, mənzil məişət və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb. Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər qaçqın və məcburi köçkünlər evlər və mənzillərlə təmin ediliblər. Qaçqın və məcburi köçkünlər arasında işsizlik səviyyəsi 15 faizə enib. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur?

Çingiz Qənizadə APA-ya açıqlamasında deyib ki, Azərbaycan prezidenti qaçqın və məcburi köçkünlərlə bağlı  məsələləri daim diqqət mərkəzində saxlayıb, onların sosial müdafiəsini gücləndirmək, məskunlaşma, məşğulluq problemini həll etmək çün çoxsaylı fərman və sərəncamlar imzalayıb, dövlət proqramları icra olunub.

Deputatlar Hikmət Babaoğlu da APA-ya açıqlamasında deyib ki, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsaitin ünvanlı şəkildə onların özlərinə ayrılması və onların xidmət təşkilatlarına birbaşa ödəməsi daha məqsədəuyğundur. H. Babaoğlu Hesablama Palatasının apardığı yoxlamaların nəticələrinin bu addımın atılmasını zəruri etdiyini vurğulayıb.

Deputat hesab edir ki, ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin statusu məsələsinə də yenidən baxılmalıdır: “Bu insanlar 25 ildir “qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar? Axı ötən dövrdə onların sosial təminat, mənzil məişət və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb. Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər  qaçqın və məcburi köçkünlər evlər və mənzillərlə təmin ediliblər. Qaçqın və məcburi köçkünlər arasında işsizlik səviyyəsi 15 faizə enib. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur? Bu status onların tamhüquqlu vətəndaş kimi həyat və fəaliyyətini məhdudlaşdırır, özlərini cəmiyyətin sosial hüquqi sistemindən bir növ kənarda qalmış  kimi hiss etmələrinə şərait yaradır. Qaçqın və məcburi köçkünlük statusu, faktiki olaraq, həmin insanların tam şəkildə cəmiyyətə inteqrasiya olunması, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını əngəlləyən faktora çevrilib”.  Deputat təklif edir ki, bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin statusu məsələsinə, bu mənada 1999-cu il mayın 21-də qəbul olunmuş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna yenidən baxılmalıdır”.

Bu məlumatı şərh edən Müsavat başqanının müavini Elman Fəttah “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, ictimai rəyin həssas olduğu bu dönəmdə deputatların məcburi köçkünlərə verilən cüzi imtiyazlara qarşı çıxması hakimiyyətin böhran qarşısında acizliyindən xəbər verir.

“Məcburi köçkünlərin statusuna yenidən baxılsın” təklifi  o anlama gəlir ki, onların bu statusu və statusdan doğan güzəştlər ləğv edilə bilər. Deputatların çıxışları bu rəyin hazırlanmasına yönəlib”, – Elman Fəttah deyib.

Bastainfo.com

 

Bir cavab yazın