“Naqif”lik

Cavidan Cəfərli

Dünәn Şura xanım tragikomik fikir söylәdi:

“Qiyasla Bayramın heykәl yumağını tәklif edәn kimdirsә, onu görsәm, deyәrdim ki, onlar yumağına yusun, sәni dә sabun kimi istifadә etsinlәr”.

Söhbәt Del-Geraninin mәlum statusunda, hökümәtin tәbilincә desәk, etdiyi sıçrayışdan gedir. Del-Gerani vә bu qәbildәn olan şairkimilәrin cәfәngiyyat dolu poetik mәtnlәrinin yetişmәmiş adamlarda maraq oyatması nәticәdә özlәrini mühüm ictimai fiqur kimi hiss etdirdi.

“İt kimi darıxmaq”ın daşını atıb, “adam kimi danışmaq” istәdilәr. Alınmadı, mahiyyәtin dәyişmәmәsi öz sözünü dedi.

Bir misal çәkim, mahiyyәtlә bağlı dәqiqlәşdirmәni özünüz edin. İnsan hansı mәnәviyyat daşıyıcısı olmalıdı ki, әdalәtsiz 10 il dustaq edilәcәk övladın anasının qәlbinә toxunacaq sözlәr danışsın. Duyğu sömürüsü filan etmәk fikrim yoxdu. Sadәcә әn xırda reallığı göstәrirәm.

Daha bir yazar ikinci Mahmud bu mәsәlәnin tozu yatmamış Nardaranda quraşdırılmış “drammatik şou” ilә siyasi motiv əsasında hәbs edilәn dindarlara nifrәtamiz reaksiya göstәrir, müxaıifәtә mollabaş deyir.

Adamın iki kitabını oxumuşam, heç birindә nə bir bәşәri ideya, nә dә öz ölkәsindәki hakimiyyәtin әdalәtsizliyi, insanların әzabları barәdә bir fikir var. Bu üç nәsnә dә yoxdursa, o yazıçıya ciddi yanaşa bilmirәm. İndi bu yazıçı qeyri-ciddiliyinin fәrqinә varır, hakimiyyәtdәn yazacaq cәsarәt yox, әzabarı tәsvir edәcәk qәlәm yox. Qoyub özünü bәşәriliyә, müxalifәtә, Talehә ilişib.

Haşiyә: din vә siyasәt qarışdırılmamalıdı. İslam siyasətə alət edilməməlidir. Siyasәt meydanına din girdisә, orda qanın qarşısını kәsmәk olmur. 

Dini dövlәtin birmәnalı әleyhinә olmaq, bunu mәnәvi vә fiziki represiya ilә mәhv etmәk anlamına gәlmir. Gün kimi aydındır ki, Hacı Talehә ömürlük, digәrlәrinә dә uzunmüddәtlik hәbs cәzası vermәk, onlara işgәncә etmәk qәddarlıqdı. Dünyәvi olmaq vicdansız olmaq deyil ki, sәn bu qәddarlığı dәstәklәyәsәn. Hәr iki yazarın Heydər Әliyevlә bağlı mәdhiyyәlәrini isә onlar tәrәfindәn riyakarlıq, nadanlıq vә “naqif”lik kimi qiymәtlәndirirәm.

Şura xanımın başqa fikrinә qayıdıram. Deyir, “tәk istәdiyim oğlumun qalib gәlmәyidi”. Nitşeni oxuduğum gündәn özümdә vә әtrafımda aradığım “Üstinsan”ı Şura xanımda tapdım. Bәlkә dә Şura xanım Nitşeni oxumayıb. Ancaq oxuyan kiçik adamlardan yaxşı bilir bunun nә demәk olduğunu.

 

%d bloqqer bunu bəyənir: