ANS barədə materiallar “Hizmət hərəkatı” cinayət işinə əlavə edilib

Lisenziyası ləğv edilmiş ANS telekanalının rəhbərliyinə qarşı cinayət işinin başlanması barədə bəzi KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Eyni zamanda o deyib ki, ANS şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Ağır Cinayətlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işinə əlavə edilib.

E.Sultanovun sözlərinə görə, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin rəhbərliyi ilə Azərbaycanın təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmət hərəkatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilib.

Hazırda həmin iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: