Jurnalistlər Mehman Hüseynovun məhkəməsinə buraxılmadı -Video

“Jurnalistlər Mehman Hüseynovun məhkəməsinə buraxılmadı.”

Dünəndən öğurlanan Mehman Hüseynovun bu gün saat 15:00 da məhkəməsi olacağı bildirilmişdi.

Lakin mətbuata və yaxınlarına heç bir açıqlama vermədən məhkəmənin vaxtını 14:30-a dəyişiblər.

Nəsimi məhkəməsindən xəbər verən “Basta” əməkdaşının məlumatına görə məhkəmə artıq başlayıb, jurnalistər isə məhkəmə zalına buraxılmayıb.

Xatırladaq ki, məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Şaurmanın yanından yuxarıda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülki geyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. 

Mehman Hüseynovu mülki geyimlilərin aparmasına baxmayaraq, vəkil Elçin Sadıqovun onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edildiyini bildirib.

 

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: