Mehman Hüseynov: “Təslim olmayacam!” – Video

Mehman Huseynov Nəsimi Məhkəməsinin qərarı ilə sərbəst buraxıldı və məhkəmə onündə onu qarşılayan jurnalistlərə açıqlama verdi. 

Gənc bloger ona polisdə işgəncə verildiyini, başına torba keçirildiyini, ona elektro-şok verildiyini, saatlarla əli-qolu bağlı, ağzı bağlı saxlandığını bildirdi.

“Burnumdan qan axıb. Nəfəs ala bilmirdim” – Mehman Hüseynov dedi.

 

Ona bu işgəncəni verən polislər deyiblər ki, “Mehman, biz üzr istəyirik, biz sən ola bilmədik, amma bizi başa düş, 500 manat maaş alırıq, buna məcburuq”.

Mehman işgəncə bitəndən sonra öz dönərini polislərlə paylaşıb. Amma məhkəmədə həmin polislər Mehmanın üzünə durublar. Polisdə qeyri-insani rəfdarla üzləşən Mehman Hüseynov – onu qarşılayanların doğma sifətini görüb kövrəldi.

“Onlara dedim ki, təslim olmayacam!” – Mehman Hüseynov bildirdi.

Mehman Hüseynov dünən axşam saxlanılıb, bu gün 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

Mustafa Hacıbəyli,

Bastainfo.com

%d bloqqer bunu bəyənir: