Mehman Hüseynov: “Başıma nələr gəlib sizinlə bölüşəcəm!”

“Heç bir təzyiq, heç bir həbs, heç bir cərimə məni haqq və getdiyim yoldan döndərə bilməz!”

Mehman Hüseynov həbsi ilə bağlı yazı paylaşaraq, ona dəstək olan dostlarına, jurnalistlərə, ictimayət nümayəndələrinə təşəkkür etdi.

“Azadlıqdayam.

Təslim olmamışam!

Susdura bilmədilər!

Daha da möhkəm olmuşam!

Heç bir təzyiq, heç bir həbs, heç bir cərimə məni haqq və getdiyim yoldan döndərə bilməz!

Mən düz yoldayam, heç bir qeyri qanuni işlə məşğul deyiləm, xalqın pullarını büdcədən oğurlamıram, xalqın pulları ilə özümə saraylar, bahalı maşınlar almıram!

Bir daha deyirəm əgər yuxardakılar hesab edirsə ölkədə baş verən məmur özbaşnalıqları, qanunsuzluqları, saxtakarlıqları çəkib görsətmək cinayətdirsə, bəli boynuma alıram bu ölkənin ən böyük cinayətkarı mənəm!

Başıma nələr gəlib bugünlər ətraflı sizinlə bölüşəcəm!

Bütün dəstək olan dostlara isə bir bir təşəkkürümü bildirirəm! Yaxşıki varsız! Bağrıma basıram! =) =)

P.S. Bu hökümətin çirkli pulları ilə ailələrini dolandıran, bu hökümətə dəqiqə yaltaqlıq edənlərə isə baş qoşmayın! O şəxslər pula görə hər işə əl atarlar!”

Yazı Mehman Hüseynovun facebook səhifəsindən götürülüb.

 

Bastainfo.com



This post has been seen 3 times.
%d bloqqer bunu bəyənir: