Mehman Hüseynova işgəncə verilib

 

Mehman Hüseynovun məhkəməsində baş verənləri şərh edən vəkil Elçin Sadıqov bunları deyib.

 “Bu günkü məhkəmədən: Mən və Javad Javadov

1. Mehman Hüseynov zərərçəkən Təhməzov Əkrəm Əhliman oğlu tanımırdı. Zala girəndə dedi ki, burada 1 nəfəri gördüm 26 dekabr 2016-cı il il tarixdə mənə hücum edən şəxslərdən biri buradadır. Zərərçəkən içəri girəndə məlum oldu ki, 26 dekabr 2016-cı il tarixdə M.Hüseynova qarşı təxribat törədən elə “zərərçəkən” Təhməzov Əkrəm Əhliman oğludur. Təhməzov Əkrəm nə üçün həmin ərazidə olması ilə bağlı əsaslı cavab verə bilmədi. Hadisəni protokolda göstərilənlərdən fərqli dedi və hətta Mehmanı xuliqanlıqda ittiham etməyə çalışdı.

2. İki nəfər şahid Abdullayev Ramin Əhmədağa oğlu və Məmmədov Rasif Cankişi oğlu bildirdilər ki, müxalifətin təşkil etdiyi mitinqlərdə davamlı (bir neçə dəfə) iştirak ediblər, müxalifətçi deyillər sadəcə baxmaq üçün mitinqlərə gəlirlərmiş.

3. Polis qanuni göstərişinin nədən ibarət olmasını izah edə bilmədilər. Şahidlər bildirdilər ki, polis gələn kimi, heç nə demədən Mehmanı hop götürdülər. Şahid Məmmədov Rasif bildirdi ki, polis oradan keçirdi biz polisi saxladıq dedik hadisə barədə. Şahid Abdullayev ramin isə bildirdi ki, polisi bir qədər gedib gördükdən sonra çağırıblar.

4. Mehman Hüseynovun fiziki vəziyyətinin pis olması mübahisə olunmur. Nəsimi rayon Polis İdarəsinə iki dəfə təcili tibbi yardım gəlib. Protokolu tərtib edən sahə müvəkkili Xalid Kəngərli də bildirdi ki, protokolu tərtib edəndə mehmanın halı yox idi, özünü pis hiss edirdi.

5. Mənə Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi olmadığı halda onun şəxsiyyətinin necə müəyyən olunması barədə suallar ünvanlanır. Bildirirəm ki, Mehman Hüseynovun, “zərərçəkmiş” Təhməzov Əkrəmin, şahidlər Məmmədov Rasifin və Abdullayev Raminin şəxsiyyət vəsiqələri inzibati xəta materiallarında yox idi. Daxili İşlər Nazirliyinin pasport məlumatları ilə bağlı portaldan çıxarışlar inzibati xəta haqqında işə əlavə edilmişdi. Həmin şəxslər məhkəmə iclasına şəxsiyyət vəsiqəsi olmadan gəlmişdilər.

6. Məhkəmə iclasının açıq keçirilməsi barədə vəsatətimiz təmin edilmədi. Mehman Hüseynovun bədənindəki xəsarətlərin ekspertizadan təcili keçirilməsi (canlı şəxsin müayinəsi) vəsastətimiz təmin edilmədi. Eyni zamanda Mehmanın huşsuz vəziyyətindən istifadə edilərək, onun əlini öz əlləri ilə hərəkət etdirib protokollarda fərqli imzalarının onun tərəfindən sərbəst irca edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə xətt ekspertizasının təyin edilməsi barədə də vəsatətimiz təmin edilmədi.

 

Bastainfo.com

 



This post has been seen 8 times.
%d bloqqer bunu bəyənir: