Natiq Cəfərli: “Ölkəyə valyuta gətirən şirkərlər, fiziki şəxslər yox səviyyəsindədir”

Natiq Cəfərli

Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manatlıq transfert məcburi addımdır, hökumətin əlində çox az sayda alət var ki, valyuta məzənnəsinə təsir göstərə bilsin.

Çünki acı bir reallıq var – ölkənin il ərzində valyutaya olan təlabatı, təqribən, 11-12 mlrd. dollardır, amma Neft Fondunun 2017-ci ildə büdcə və büdcədən kənar layihələrin maliyyələşdirməsinə 4,1 mlrd. dollar satmaq icazəsi var idi (bu haqda çox yazmışam, “canlı status” da çəkmişdim).

Dünən verilən qərarla Neft Fondunun valyuta satmaq imkanı 2 dəfə artırıldı, 2017-ci ildə Fond Mərkəzi Bankla birgə hərraclarda 8,1-8,3 mlrd. dollar arası valyuta satacaq. İndiki şəraitdə başqa yol da yox idi, çünki, ölkəyə valyuta gətirən şirkərlər, fiziki şəxslər yox səviyyəsindədir.

Çoxsaylı valyuta satan oyunçular olmasa, ölkə ciddi həcmdə valyuta qazana bilməsə, belə vəziyyət ucuz zaman davam edəcək. Bu amili nəzərə alaraq atılan addımı anlamaq mümkündür, amma atılan addım müvəqəti effektə hesablanıb, bir müddət valyuta bazarında sabitlik yarada biləcək, rəsmi məzənnənin 2 manatın üzərinə çıxmağa imkan verməyəcək. Amma bunun üçün banklarda dolların sərbəst satışı, ölkədən valyuta köçürmələrinin sərbəstliyi bərpa olunmalıdır, yoxsa bu addımın effekti zəif olacaq.

Beləliklə, hökumət “çox pis” və “pis” ssenari arasında seçim etməli idi, “çox pis” ssenari manatın sürətlə dəyiərdən düşməsinə imkan vermək, “pis” ssenari isə Neft Fondunun vəsaitlərini daha çox xərcləməklə məzənnənin 2 manatın həmən altında sabitləşməsinə nail olmaq idi. Seçilən məcburiyyətdən doğan “pis” ssenari oldu…

 

Bastainfo.com



This post has been seen 2 times.
%d bloqqer bunu bəyənir: