Sən kimsən, Donald?

Amerika yeni prezidentini seçdi. Yanvarın 20-də keçirilən andiçmə mərasimi bütün dünyada maraqla izləndi. Hər yerdə Donald Trampın ətrafında səs-küylü mülahizələr dolaşır. Bəs kimdir ABŞ-ın yeni prezidenti? Beləliklə, Trampı xarakterizə edə biləsi bəzi məlumatları diqqətinizə çatdırırıq.

1. Hərbi akademiyanı kapitan rütbəsi ilə bitirib

Tramp orta məktəbdə dözülməz davranışı ilə seçilirdi. Nəticədə valideynləri onu 13 yaşında Nyu-York Hərbi Akademiyasına göndərdi. Atası belə qərara gəldi ki, oğlunun enerjisini lazımi istiqamətə yönəltmək üçün bu, yeganə yerdir. Onun sözlərinə görə, Tramp sərt rəqabət şəraitində yaşamağı məhz hərbi akademiyada öyrəndi.

donald

2. Uğurlu soyadı

“Trump” sözü ingilis dilində “kozır” kimi tərcümə olunur. İş adamı öz soyadı ilə inanılmaz dərəcədə fəxr edir və hesab edir ki, bu soyad ona uğurlar gətirir. O, öz soyadını uğurlu brendə çevirdi və bu ad altında aksessuarlar, ətriyyat, mineral su, araq və sair məhsullar buraxmağa başladı.

3. Neçə milyardı var?

Трampın biznes-imperiyası çox müxtəlif müəssisələrdən başlayaraq, oyun biznesinə qədər uzanır. Nüfuzlu gözəllik müsabiqələri də (“Miss Universe”, “Miss ABŞ” və “Gənc Miss ABŞ”) milyarderə məxsusdur. “Bloomberg” agentliyinin məlumatlarında maqnatın sərvəti 9 milyard dollar səviyyəsində qiymətləndirilir, “Forbes” isə əmindir ki, Тrampın cəmi 4 milyard 100 milyon dolları var.

4. Biznes haqda 15 kitab müəllifidir

Tramp biznes haqda kitablar yazır, uğurlu biznesin sirrlərini bölüşür. Onların arasında “Ticarət aparmaq sənəti” (The Art of the Deal), “Üst qatda yaşamaq” (Surviving at the Top), “İncəsənətə dönüş” (The Art of the Comeback), həmçinin “Necə zəngin olmaq olar” kitablarının tirajı milyonları keçdi və daha çox satıldı.

5. 100-dən çox film və seriallarda çəkilib

Tramp filmlərdə epizodik rollarda oynayıb. Onun çəkildiyi filmlərdən bir neçəsi: “Nümunəvi kişi” (2001), “Ünlü” (1998), “Studiya 54” (1998), “Yoldaş” (1996), “Edi” (1996), “Xəbərdarlıqla sevgi” (2002), “Böyük şəhərdə seks” (serial, 1998-2004) və s..

6. Televiziyada məşhur şou aparıcı idi

2004-cü ildə Tramp televiziyada “Namizəd” realiti-şousunun aparıcısı oldu. Onun iştirakçıları milyarderin şirkətlərinin birində ildə 250 000 dollar əmək haqqı ilə rəhbər vəzifə tutmaq hüququ uğrunda yarışırdılar. Namizədlər maqnatın bu və digər müəssisələrini idarə etmək hüququ qazanır, uduzanlar isə Trampın “sən azadsan” sözündən sonra yarışı tərk edirdilər.

7. Obamanın alovlu tənqidçisi idi

Tramp Respublikaçılar partiyasının üzvü olaraq, dəfələrlə kəskin formada prezident Barak Obamanı postunu tərk etməyə çağırmışdı. Milyarder hətta Obamanın Amerika ərazisində doğulması faktını mübahisələndirməyə cəhd etmişdi. Bundan sonra elə bir səs-küy qalxdı ki, Ağ ev KİV-də dövlət başçısının doğum haqqında şəhadətnaməsini nümayiş etdirdi. 2014-cü ilin oktyabrında prezidentin ebola virusu zonasından gələnlərin ABŞ-a girişinin qadağan etməməsi Trampı qəzəbləndirdi. İş adamı Obamanı “səriştəsiz, ruhi xəstə” adlandırdı. “Mən fikirləşməyə başlayıram ki, prezident əqli cəhətdən sağlam deyil. Niyə o uçuşları qadağan etmir? Psix!”, – iş adamı öz Twitter səhifəsində yazdı.

8. 1991-ci ildə iflasın astanasında idi

1991-ci ildə Тrampın kreditorlar qarşısında borcları 9,8 milyard dollara çatdı. Ödənişləri təmin etmək üçün özünün Nyu-Yorkdakı “Trump Tower” göydələnini girov qoymağa məcbur oldu. Nəticədə o, düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün, ona növbəti kredit ayrılması barədə bankirləri razı sala bildi.

9. Parik taxması barədə şayiələri təkzib edir

Keçəlliyini gizlətmək üçün Donald Tramp arxadan gələn saçlarını alnına darayır. Tramp dəfələrlə öz saçı ilə fəxr etdiyini bəyan edib. “Mən hesab edirəm ki, xarici görünüş çox önəmlidir. Mənim imicim – mənim saçımdır. Mən düşünürəm ki, Amerikada ən məşhur saç mənimdir”, – Tramp deyib.

10. Üç dəfə evlənib və beş uşağı, səkkiz nəvəsi var

Birinci həyat yoldaşı çex xizəkçisi və model İvana Zelniçek idi. Trampın ona xəyanət etdiyini biləndə, Zelniçek 25 milyon dollarlıq iddia ilə boşanma davası açdı. Boşandıqdan sonra Tramp daha iki dəfə evləndi, artıq işini daha ehtiyatlı tutaraq, gələcək həyat yoldaşlarına ətraflı nikah müqaviləsi imzalatdırdı.

zhena_trampa2 (1)

 

11. İrqçi?

Tramp öz irqçi fikirləri ilə də məşhurdur. Bir dəfə deyib ki, onun “qaralar ilə əla münasibətləri var”. Bu zaman “qara” sözünün cəmiyyətdə qəbul edilmədiyini “unudur”. Onun meksikalılara dözülməz münasibəti cəmiyyətin diqqət mərkəzində olub. “Meksika ABŞ-a -əsasən cinayətkarlar, narkotik alverçiləri idxal edir. Mən Meksika sərhədində divar çəkərəm və o divarın tikintisi üçün Meksikanı 5 – 10 milyard dollar ödəməyə məcbur edərəm. Əks halda, ABŞ-da yaşayan meksikalılara öz vətənlərinə pul köçürmələrini qadağan edərəm, – Tramp deyib.

12. Cinayətkar?

Bu il The New York Times qəzetinin yazdıqlarından aydın oldu ki, artıq 18 ildir ki, Tramp vergi ödəmir. 1995-ci ildə o, 916 milyon dollar miqdarında zərərə düşdüüyünü bəyan edib. Bu, Donalda imkan verdi ki, 18 il bəzi federal vergiləri ödəməsin.

13. Homofob

Tramp dəfələrlə bildirib ki, eynicinsli nigahlara qarşıdır. İndi isə, ümumiyyətlə, onun leqallaşdırılmasının ləğv edilməsi haqqında qanunun qəbuluna çalışacaq: “Bu qərar qəbul edilib, – Tramp deyir, – iş görülüb, amma əgər məni seçsələr, əlimdən gələni edəcəyəm ki, Ali Məhkəmənin kollegiyasına daxil olan insanlar vəziyyəti dəyişə bilsinlər. Düzdür, bunun üçün vaxt lazımdır. Mən Ali Məhkəmənin qərarı ilə razı deyiləm, eynicinsli nikahlar hər bir ştatın problemi olmalıdır”.

14. Spirtli içkilərdən uzaqdır

Öz iddiasına görə, milyarder, spirtli içkilərdən tamamilə uzaqdır, eləcə də çay və qəhvəyə məhəl qoymur. Şirniyyatı sevir. Demək lazımdır ki, o, uşaqlarını spirtli içkilərə və hər hansı narkotik vasitələrə münasibət baxımından son dərəcə ciddi tərbiyələndirib. Uşaqlardan heç biri bu şeylərdən istifadə etmir. Belə radikal münasibətə səbəb Trampın kiçik qardaşının alkoqolizmdən ölməsi də səbəb ola bilərdi. (professionali.ru) 

Heybət Əmrah tərcümə etdi

Bastainfo.com