Minlərlə adam Trump-ın immiqrasiya siyasətinə etiraz edib

Təxminən 173 iranlının ABŞ hava limanlarına uçuşlar yerinə yetirən təyyarələrə minməsinə icazə verilməyib.

ABŞ hakiminin qərarına görə, aeroportlarda qalan viza sahibləri və qaçqınların deportasiyası müvəqqəti olaraq dayandırılır. Bu deportasiyalar Prezident Trump-ın şənbə günü imzaladığı sərəncamı ilə həyata keçirilirdi.

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) cümə günü imzalanan sərəncama qarşı iddia qaldırıb.

Qurum ehtimal edir ki, təxminən 100-200 adam aeroportlarda yaxud da yolda qalıb.

Minlərlə adam ABŞ aeroportlarında cənab Trump-ın immiqrasiya ilə bağlı siyasətinə etiraz edib.

Donald Trump

Onun sərəncamı ABŞ-ın qaçqın proqramını tam olaraq dayandırıb. İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına isə ölkəyə 90-günlük qadağa qoyub.

Sərəncam imzalanarkən təyyarədə uçanlar, ABŞ aeroportuna daxil olan kimi saxlanılıb. Bu, hətta viza və ya başqa immiqrasiya sənədlərilə ölkəyə daxil olanlara şamil edilib.

Şənbə günü cənab Trump jurnalistlərə deyib: “Çox yaxşı alınır. Aeroportlarda, hər yerdə bunu görürsünüz”.

 

Bastainfo.com