Müdafiə Nazirliyindən şad xəbər

Düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edildi – VİDEO

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir. Nazirliyin saytında atəş anının videosu da yerləşdirilib.

Bastainfo.com