Qıcıq yaradan səfər

 

Almaniyada nəşr olunan “Şpiqel”  mətbu orqanı futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan-Almaniya oyununa dair səfəri məhs bu cür dəyərləndirib.

“Şpiqelin” köşə yazarı Piter Arens qeyd edir ki, Azərbaycan deyəndə dünya ictimaiyyətini iki məsələ düşündürür: insan haqları bir də idman.

“Əgər idman məsələsinə ölkədə yüksək səviyyədə diqqət yetirilirsə, digər məsələ, insan haqları, çox aşağı səviyyədədir. Futbol üzrə Almaniya yığmasının Bakıya səfəri ərəfəsində də bu iki məsələ aktualdır.”

Daha sonra yazar qeyd edir ki, prezident İlham Əliyev uzun illərdir ölkəni əsarət altında saxlayır və alman millisinin Azərbaycana səfərini də öz xeyrinə çevirməyi bacaracaq.

Президент Азербайджана Ильхам Алиев

“Bu ölkədə müxalifətçilər və jurnalistlər təqib və həbs olunur, sərbəst hərəkət etmələrinə maneə törədilir. Nümunə kimi tanınmış jurnalist Xədicə İsmayılovanı göstərmək olar. O, korrupsiya faktlarını araşdırıb üzə çıxardığına görə həbs olunmuşdu. Hal-hazırda ölkədən çıxışına qadağa qoyulub”.

 “Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq idman mağazası kimi idarə edir. 2016-cı ildən Bakıdfa Formula 1 yarışları keçirilməyə başlayıb(yarış “Avropa Qran-prisi adlanır), artıq qeyri-müəyyən avropa oyunlarının keçirilməsini bayram ediblər, böyük ehtimalla 2020-ci ildə futbol üzrə Avropa çempionatı burada keçiriləcək, bu səbəbdəndir ki, artıq ölkənin enerji şirkəti SOCAR 2016-cı ilin Avropa çempionatında UEFA-nın ən səxavətli sponsorlarından idi. Bütün bunları böyük idman təşkilatlarının dəstəyi olmadan etmək mümkün deyil.”

Начиная с 2016 года ревет Формулу 1 по Баку

Müəllif, həmçinin, İ. Əliyevin BOK məmuru, mənfi imici ilə tanınmış Pet Hikki, BOK rəhbəri Tomax Baxla əlaqələrindən, Formula 1 yarışmasının Bakıya köçməsində Berni Eklstounun xidmətindən, futbolun xaç ataları Yozef Blatter və Mişel Platini ilə əlaqələrindən söz açır.

Piter Arens hesab edir ki, Bakıya, yayda isə Rusiyaya ediləcək səfər çox incə bir məqamdır. O, idmanın siyasi maraqlara xidmət etməsini qeyd edərək təəsüflə bildirir ki, Bakıya gedən nümayəndə heyəti səssizcə oyunu başa vuraraq geri dönmək haqqında düşünür.

Məqaləni tərcümə etməkdə xidməti keçən şəxslərə təşəkkürümüzü bildiririk.

bastainfo.com

 

 

 

%d bloqqer bunu bəyənir: