Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı aprel zorakılığına dair 5 şikayəti icraata götürüb

Avropa İnsan Haqları Məhkəməsi 2016-cı ilin aprel ayında Azərbaycanla Ermənistan arasında baş vermiş hərbi əməliyyatlara görə təqdim olunan şikayətlərin bir qismini icraata götürüb.

Bu haqda Ermənistan mətbuatı Qarabağdakı separatçı rejimin sözçüsü Artak Beqlaryana istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, 2-5 hərbi əməlliyatları ilə əlaqədar Avropa Məhkəməsində Azərbaycandan təqdim olunan 500-dən artıq iddiadan hələlik 5-i icraata götürülüb. Erməni tərəfinin irəli sürdüyü 700-dən artıq iddianın 23 icraata götürülüb.

Xatırlatma

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı  Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. 

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Bastainfo.com