İlham Əliyevin nümunəsi və bizim nümunəmiz

Həqiqət Oğuz

İlham Əliyev deyib ki, biz dünyaya ölkəni necə idarə etmək lazım olduğunun nümunəsini göstəririk

Doğrudur, nümunə göstərirlər! Amma bu, yalnız diktator olmaq istəyən, lakin, hələ yarım diktator olanlar üçün faydalı ola biləsi mənfi nümunədir.

Onların nümunəsi – Konstitusiya qanunlarının hər addımda pozulması, insan haqlarının – söz, mətbuat, sərbəst toplasma, öz fikrini ifadə azadlıqlarının tamamilə aradan qaldırılması, korrupsiya ve rüşvətxorluğun, məmur-polis özbaşınalığının, zorakiliğın, teqib və təzyiqlərin gündəlik həyat normasına çevrilməsi nümunəsidir.

Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək ” cümləsini yazan gəncə 10 il həbs cəzası verilməsi, gənclərin cibinə narkotik atıb həbs edilməsi, siyasi motivlə yüzlərlə insanın türmələrə doldurulması, müxalifətçilərin hətta qohumlarının belə təhdid edlməsi – “sabitlik” deyib, hamının susdurulması nümunəsidir.

Amma dünya üçün adı Azərbaycanla bağlı olan müsbət bir nümunə də var.

Bu, ölkənin azadlığı naminə öz azadlığını risqə qoyan insanların – keçmiş və indiki siyasi məhbusların nümunəsidir.

Bu, işsizlik və aclıqla imtahan çəkilən,  həbs təhlükəsi və daimi təqib, təzyiq altında olmalarına rəğmən öz əqidələri uğrunda mübarizələrini davam etdirən Azərbaycan müxalifətçilərinin nümunəsi.

Bu, rejimə boyun əyməkdənsə, mübarizə əzmi ilə demokratik ölkələrə mühacirət edib burada yola davam edənlərin nümunəsidir.

Bu, Vətənini, xalqını sevən, onu sivil dünya ölkələri cərgəsində görmək istəyən, qürbətin bütün çətinliklərinə baxmayaraq, mübarizədən kənara çəkilməyənlərin nümunəsidir.

İndi Avropada böyük bir mühacir ordusu var. Siyasi düşüncə və mübarizəsinə görə Avropada məskunlaşan həmvətənlərimiz müxtəlif cəmiyyət, birlik, təşkilatlarda birləşərək ümumi işə öz tövhələrini verməyə başlayıblar.

Belə təşkilatlardan biri mühacir müsavatçıları öz ətrafında birləşdirmək məqsədiylə yaradılan, mərkəzi ofisi Almaniyada olan Müsavat Avropa Koordinasiya Mərkəzidir. Bu qurumun yaradılması siyasi mühacirlərin bir təşkilatda birləşdirilməsi, fəaliyyətlərinin kordinasiya edilməsi, əlaqələndirilməsi yolunda mühüm addım oldu və tezliklə Almaniyadan kənarda da sürətli təşkilatlanmaya  təkan verdi.

Biz, İsvecin Goteborg şəhərində yaşayan bir qrup müsavatçılar da  Musavat AKM-in əsasnaməsinə dayanaraq, burada özək yaratdıq. Məqsədimiz  Azərbaycandakı demokratik mübarizəyə dəstək verməkdi. Azərbaycan gerçəklərini gücümüz çatacaq səviyyədə  Avropa cəmiyyətinə çatdırmaqdır. Planlarımız böyükdür.

Yaratdığımız özək qısa zamanda bir neçə uğurlu addımlar da ata bilib.  Ötən ilin sonunda MSDM-in sədri İsa Qəmbərin və Arzu Səmədbəylinin iştirakı ilə bir sıra görüş və Dəyirmi Masanın təşkili, Stokholm şəhərində Azərbaycan səfirliyi qarşısında  “Siyasi mehbuslara azadliq” şüarı ilə mitinqin təşkilatçısı və iştirakçısı olmağımız , gənc bloger Mehman Hüseynovun azad olunması üçün gördüyümüz işlər qeyd olunmalıdır.

Hələ çox işlər görəcəyik. İnaniriq ki, Azərbaycanın demokratikləşməsi  naminə ucaltdığımız səsi  Avropaya duyura biləcək bir qüvvəyə çevriləcəyik! Bütün imkanlarımızla ölkə daxilində  məhrumiyyətlər baxmayaraq , yorulmadan, qorxu bilmədən rejimlə döyüşən fədəkar dostlarımıza dəstək olacağıq!  Ədalət gec-tez qalib gələcək!

Mübarizəmizin bu mərhələsi isə bütün dünya üçün gerçək bir nümunə olacaq!

%d bloqqer bunu bəyənir: