Xədicə İsmayıl mitinq müzakirələrinə münasibət bildirdi

Xədicə İsmayıl mitinq müzakirələrinə münasibət bildirdi.

Bu barədə o, facebook divarında yazıb. Yazını olduğu kimi təqdim edirik:

“Deyirlər, mitinq olacaq. Olsun. Olması üçün səbəb çoxdur. Yenə də meydana dini şüarlarla gələcəklərsə, mən orda olmasam, yaxşıdır. Keçən dəfəki müşahidələrimə əsasən, Milli Şuranın dünyəvi şüarları, nidaçıların plakatları içəri buraxılmırdı, dini şüar və plakatlar isə içəri keçmişdi. Ən pisi isə o idi ki, Təşkilat Komitəsinin bir üzvü də polisin bu ayrı-seçkiliyinə kömək edirdi. Necə? Dini şüarlar üstündə mübahisə çıxanda qarışıb, buraxdırırdı, o birilərdə yox. Təşkilat Komitəsinin tərkibində yenə həmin adamın olması mənim də qərarımı şərtləndirəcək. İnanclı məhbuslar müdafiə olunmalıdır, amma mən onların digər məsələlərdə gündəminə şərik olmaq istəmirəm.” – Xədicə İsmayıl yazıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: