Azərbaycanda silahlı insident

Şəmkir rayonunda silahlı insident olub. “Basta” istipress-ə istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.
Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus “Niva” markalı avtomobildə ayağından güllələnib.
Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.
Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Şəmkir Rayon Polisi Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Bastainfo.com
%d bloqqer bunu bəyənir: