Bakıda daha bir yazar intihar etdi – FOTO

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
“Basta” bakipost.az-a istinadın xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi məliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir. 
R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub. 
Ailəlidir, bir övladı var.

%d bloqqer bunu bəyənir: