Erdogan ABŞ Dövlət katibi ilə görüşdü

ABŞ Dövlət katibi Rax Tillerson Ankaraya birgünlük səfəri zamanı martın 30-da prezident Racep Tayyip Erdogan və baş nazir Binali Yıldırımla ayrıca danışıqlar aparıb.

O, Binali Yıldırmla görüşdə Suriya müharibəsi və “İslam dövləti” qrupu yaraqlılarının Suriya və İraqdan təmizlənməsinə yönəlmiş səyləri müzakirə edib.

Bu barədə AzadlıqRadiosu Binali Yıldırımın ofisinə istinadla xəbər verir.

ABŞ Dövlət Departamenti rəsmisinin sözlərinə görə tərəflər görüşdə regionda təhlükəsizliyin və iqtisadi əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.

Tillerson qeyd edib ki, Türkiyə regional lider və NATO-nun əzli müttəfiqi kimi bu məqsədlərə çatılmasında mühüm rol oynayır.

Binali Yildirim və Rex Tillerson

Binali Yildirim və Rex Tillerson

Hələlik Tillersonun Racep Tayyip Erdoganla görüşünün detalları barədə məlumat verilməyib.

Ankara Vaşinqtondan Suriyanın Raqqa şəhərinin “İslam dövləti” qrupundan geri alınmasında birgə mübarizəyə başlanmasını təkid edir.

Bu şəhər Suriyada yaraqlıların sonuncu əsas dayanq məntəqəsi hesab olunur.

Türkiyə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin bu əməliyyatdan kənarda qalmasını istəyir.

Görüşdə Ankaranın, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin verilməsi barədə də məsələ qaldıracağı gözlənilirdi.

Qeyd edək ki, Ankara 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilinə görə məhz Fətullah Güləni ittiham edir.

Amma Gülən ittihamı rədd edir.

Onu da qeyd edək ki, Tillersonun səfəri aparelin 16-da Türkiyədə konstitusiya düzəlişləri ilə bağlı keçiriləcək referendum ərəfəsinə təsadüf edir.

Bu düzəlişlərdə prezidentin səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Türkiyənin xarici işlər naziri Mevlut Çavusoglu isə bundan bir gün əvvəl bildirmişdi ki, Ankara Tillersonun səfəri zamanı “Halkbank”-ın sədr müavini Mehmet Hakan Atillanın bu günlərdə Nyu-Yorkda həbsi barədə də məsələ qaldırmaq fikrindədir.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: