İsa Qəmbər 31 mart soyqırımından yazdı

“Bir qayda olaraq Rusiya imperiyasının strateji planları əsasında və himayəsi altında həyata keçirilən bu cinayətlərin ardıcıllığı belə olurdu: soyqırım, etnik təmizləmə, qanunsuz məskunlaşdırma”.

Bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb.

“Bu gün xalqımızın məruz qaldığı ən ağır faciələrdən biri – 31 mart 1918-ci il soyqırımının ildönümüdür. Erməni silahlı dəstələri həmin vaxt Bakıda, Azərbaycanımızın bir çox digər bölgələrində, o cümlədən Cənubi Azərbaycanda 10 minlərlə soydaşımızı qəddarcasına qətl etmişlər. Bir qayda olaraq Rusiya imperiyasının strateji planları əsasında və himayəsi altında həyata keçirilən bu cinayətlərin ardıcıllığı belə olurdu: soyqırım, etnik təmizləmə, qanunsuz məskunlaşdırma”, – İsa Qəmbər qeyd edib.

İsa Qəmbər xatırladıb ki, Milli Strateji Düşüncə Mərkəzinin toplantılarından birində bu siyasətin indiki mərhələdə də davam etdiyi, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırma gerçəkliyi və bunun qarşısının alınma zərurəti və yolları ətraflı müzakirə edilib.  MSDM-in sədri həmin tədbirin tam videosunu paylaşıb:

İsa Qəmbər MSDM-in həmin toplantısında müzakirələrdən sonra qəbul edilən sənədi də əlavə edib.

“Əminəm ki, tanınmış konfliktoloq Elxan Mehdiyevin faktlarla zəngin məruzəsi, hüquqşünas Erkin Qədirlinin itirlmiş imkanlar və hələ də mümkün addımlar barədə mülahizələri, Müsavat partiyası başqanı Arif Hacılının siyasi təhlili, tarixçi alimlər Dilavər Əzimli və Xaqani İsmayılın, politoloq Toğrul Cuvarlının, yazıçı Mehriban Vəzirin, İstiqlalçı millət vəkili İsgəndər Həmidovun, “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin maraqlı çıxışları diqqətinizi cəlb edəcək”, – İsa Qəmbər bildirib.

Sənədi təqdim edirik:

MÜRACİƏT

Qarabağ: İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma məsələsi Erməni işğal qüvvələri və işğal bölgəsində yaradılmış hərbi-mülki hakimiyyət işğal olunmuş bütün əraziləri yerlə yeksan etmiş, evləri, dövlət müəsisələrini, məktəbləri, mədəniyyət obyektlərini yer üzündən silmişlər. Kəndlərin və rayonların adları dəyişilmiş və bütün işğal əraziləri Ermənistanın xəritəsinə salınmışdır.

Bu və digər məsələlərlə bağlı ATƏT Minsk Qrupunun 2005-ci il Fakt toplama hesabatı və 2011-ci il Vəziyyəti Dəyərləndirmə Missiyası real vəziyyəti malalama və gizlətməkdən başqa bir şey olmamışdır. Ermənilər bu səfərdən sonra məskunlaşdırma fəaliyyətlərini daha da genişləndimişlər. Şuşanın tarixi və mədəni simasını dəyişən tikintilər aparmış, Xocalını hərbi və mülki əhali ilə məskunlaşdırmış və Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər rayonlarında üstəlik Suriyadan gələn erməniləri də yerləşdirməklə daha da irəliyə getmişlər. Bu bölgələrin təbii sərvətlərinin talan edilməsi davam edir.

Bütün bunların hamısı Azərbaycan hökümətinin susqunluğu və kənardan müşahidəsi altında baş verir. Azərbaycan höküməti indiyədək işğal ərazilərində törədilən hərbi cinayətə və bəşəriyyətə qarşı cinayətə görə bu məsələni heç bir beynəlxalq məhkəmədə qaldırmamış, beynəlxalq təşkilatlarda mahiyyət üzrə ciddi müzakirəsinə nail olmamışdır.

Azərbaycan XİN və uyğun hokümət dairələrinin mövqeyi və susması erməni tərəfinə əlavə stimul vermiş və Minsk Qrupu Həmsədrlərinin total monopoliyası nəticəsində bu cinayətlər beynəlxalq ictimaiyyətdən gizlədilməyə yönəlmişdir. İşğal edilmiş ərazilərdə Məskunlaşmaya beynəlxalq həssaslığın bu cür ciddi olduğu bir dövrdə Azərbaycan hökümətinin 12 Avqust 1949 cu ildə qəbul edilmiş İşğal Olunmuş Ərazilərlə bağlı Dördüncü Genevrə Konvensiyasına isnad etməməsi təəccüb doğurur və düşməni şirnikləndirir.

Görüş iştirakçıları bütün bunları müzakirə edərək bu məsələni Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatların müzakirəsinə çıxartmaqla, Azərbaycan hökümətini aşağıdakı təcili və qətiyyətli addımları atmağa çağırır:

1. İlk növbədə ATƏT Mİnsk Qrupunun əvvəlki iki missiyasının naqis hesabatından çıxış edərək, bu məsələni ATƏT Minsk Qrupunun əsla monopoliyasına vermədən ayrıca BMT Baş Məclisinin Fakt Toplayan Missiyasının yaradılmasına nail olmağa çağırır. Azərbaycan tərəfi bu missiyanın sponsorluğunu öz üzərinə götürməklə illik və ya ikiillik əsasda belə bir missiyanın işğal edilmiş ərazilərdə yoxlama missiyasında olmasına nail ola bilər. Məsələnin daimi BMT TŞ-da müzakirəyə çıxarılmasına çalışmağa çağırır.

2. Avropanın bu məsələyə daha həssas yanaşmasını nəzərə alaraq Avropa Şurasında bu məsələni gündəmə salmağa və AŞ-ı fakt toplayıcı xüsusi missiyasının yaradılmasına çalışmağa və bu missiyanın sadəcə məskunlaşma ilə deyil, mülki obyektlərin,evlərin,müəsisələrin dağıdılmasını uçota alan missiya yaradılmasna nail olmağa çağırır.

3. Bütün bu komssiyalarda Azərbaycan nümayəndələrinin iştirakına nail olmağa çağırır.

4. Ermənistanın işğal edilmiş ərazilərdə məskunlaşma siyasətini Minsk Qrupu Həmsədrləri ilə aparlan danışıqlarda daimi gündəmdə saxlamağa çağırır.

Milli Strateji Düşüncə Mərkəzi,
Bakı, 21 Fevral 2017

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: