Avropa Məhkəməsi Xədicə İsmayıl və daha 10 nəfərlə bağlı qərar verəcək

Avropa İnsan Haqları Məhkəməsi aprelin 6-da Azərbaycanla bağlı 11 qərar elan edəcək.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, qərarlar əsasən qanunsuz həbslərdən, polis tərəfindən saxlamalardan verilən şikayətlərlə bağlıdır.

Qərarlar müxalif fəallar Orxan Əyyubzadə, Kəmalə Xəlilova, Tural Sadıxlı, Cavid Hacıbəyli, Vüsal Bayramov, Osman Əhmədov, Tuncay Quliyev, Səxavət Mehdiyev, Cavid Qarayev, habelə jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın şikayətləri əsasında çıxarılacaq.

Adları çəkilən şəxsləri Avropa Məhkəməsində vəkillər Xalid Bağırov, Fariz Namazlıə və Əsabəli Mustafayev təmsil ediblər.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: