Prezidentə təkrar seçki hüququ verən parlamenti yandırdılar

Prezidentin seçim müddətinin artırılmasından qəzəblənən nümayişçilər parlament binasını yandırıblar

Azadlıq Radiosu xəbər verir ki, Cənubi Amerikada yerləşən Paraqvayın paytaxtı Asunsonda nümayişçilər parlamentin binasını yandırıb.

Olay senatorların prezidentə ikinci dəfə seçilmək hüququ verilməsini ehtiva edən konstitusiya dəyişikliklərinə düzəlişlə bağlı təklifə gizli səsverməsindən sonra baş verib.

Polis nümayişçilərə rezin güllə atıb və su şırnağı püskürdüb. Onlarla adam yaralanıb.

Paraqvay konstitusiyayası prezidentlük müddətini 5 illə məhdudlaşdırır. Ancaq Opasio Kartes-in hökuməti bu vəziyyəti dəyişmək istəyir.

Tənqidçilər hesab edirlər ki, bu dəyişiklik ölkənin demokratik institutlarını zəiflədə bilər.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: