“Siyəzən məhbusları” siyasi məhbuslar siyahısına niyə daxil edilmədi? – Oqtay Gülalıyevin cavabı

“Siyasi məhbus siyahısı” yenilənib. Bunu AzadlıqRadiosuna Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, Mərkəz aprelin 1-də keçirdiyi toplantısında müxtəlif ittihamlarla həbs olunan ictimai fəalların, müxalifət partiyalarına mənsub şəxslərin durumu müzakirə edilib.

“Müzakirələr zamanı dövlət başçısı İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirildi”, – Oqtay Gülalıyev deyib.

Onun sözlərinərə, həbsdə olan bəzi fəallar azadlığa çıxdıqlarına görə, Mərkəzin tərtib etdiyi “siyasi məhbus siyahısı”ndan 9 nəfərin adı çıxarılıb, 6 şəxsin adı isə əlavə edilib: “Jurnalist İkram Rafiqoğlu, prezident qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, bloqçu Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının, dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, o cümlədən, AXCP üzvü Zeynalabdin Bağırzadənin adı siyahıdan çıxarılıb”.

Namiq Kişiyev, Nicat Əliyev və Zeynalabdin Bağırzadə siyahıdan niyə çıxarılıb?

“Basta”nın bu sualına Oqtay Gülalıyevin açıqlamasından məlum olub ki, ölkə başçısı İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanında azadlığa çıxan 6 siyasi məhbusdan əlavə, bu ərəfədə dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, eləcə də AXCP üzvü Zeynalabdin Bağırzadə də həbsdən azad olunublar. 

Oqtay Gülalıyev deyib ki, bu yaxınlarda həbs olunan jurnalist Elçin İsmayıllı, bloqçular Mehman Qələndərov və Mehman Hüseynov, dini fəal Sərdar Babayev, AXCP üzvü Elnur Fərəcəov və MBH üzvü Elxan İsgəndərovun adı siyahıya daxil edilib.

Oqtay Gülalıyev deyib ki, ötən ilin yanvarında bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən sakininin də “potensial siyasi məhbus kimi tanınması” qərara alınıb.

Bəs “Siyəzən məhbusları” siyahıya niyə daxil edilməyib?
Oqtay Gülalıyev “Basta”nın sualına cavab olaraq “Siyəsəzən məhbusları” siyahıya salınmamasının səbəbini belə izah edib:
“Biz hesab edirik ki, “Siyəsən məhbusları”nın həbsi siyasi motivlidir. AŞPA- nın siyasi məhbuslarla bağlı məlum kriteriyasına uyğun gəldiyinə görə onları “potensial siyasi məhbus” hesab edirik. Adları hazırda ona görə siyahıya salınmayıb ki, onlarla bağlı məlumatların toplanması davam edir”.

Xatırlatma

Siyəzən hadisələrinə görə həbs olunanlara martın 29-da hökm oxunub. Yarıqapalı şəraitdə keçən məhkəmə 11 təqsirləndirilən şəxsin hər birinə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: