Azərbaycan avtomobilləri Dağıstanda daşa basılıb, sürücülər döyülüb – video

 Sürücülərin tətili ilə bağlı Rusiya-Azərbaycan sərhəddində gərgin vəziyyət yaranıb.

Rusiya TIR sürücülərinin etiraz aksiyası keçirilir.

Bu barədə yükdaşıyıcıların beynəlxalq Assosiasiyasının Bakı ofisinin məsul əməkdaşı Əli İsgəndərov “Sputnik Azərbaycana” Rusiya sürücülərinin aksiyasını şərh edərkən məlumat verib. Onun sözlərinə görə, artıq bir həftədir ki, sürücülər yolları bağlayaraq işləməkdən imtina ediblər. Sürücülər yeni ödəniş sistemi “Platon”a etiraz edirlər.

Etiraz aksiyasının gedişində Rusiya sürücüləri özlərinin bir neçə avtomobilini yandırıblar. “Eyni zamanda, bu, bizim sürücülərə də təsirsiz ötüşmür. Azərbaycan sürücülərinin 80 faizi yüklərini (əsasən, kənd təsərrüfatı məhsulları) Rusiya ərazisinə daşıyır. Rusiya sürücüləri hər kəsin “Platon” sistemi üzrə əlavə haqq ödəməli olacağını bəyan edərək, bizimkləri də öz aksiyalarına qoşulmaq üçün razı salmağa çalışırlar, – deyə İsgəndərov bildirib.

“Lakin, azərbaycanlı sürücülər tətilə qoşulmaq istəmirlər. Əgər sürücülər daşıdıqları yükü sənədlərdə göstərilmiş müddətdə sahiblərinə çatdırmasalar mal xarab olar, özləri də cərimə olunarlar”.

Buna görə də Azərbaycan sürücüləri üç polis avtomobilinin müşayiəti ilə etirazçıların blokadasını yarmağa cəhd edərkən basqına məruz qalıblar. Onlara daş atılıb və pnevmatik silahdan atəş açılıb. Hal-hazırda Rusiya-Azərbaycan sərhədində yüzlərlə avtomobili yığılıb. Onların dəqiq sayı məlum deyil.

“Biz bununla bağlı Dağıstan və Azərbaycan respublikası Dövlət gömrük komitələrinə yardım üçün müraciət etmişik. Bundan başqa, təşkilatımızın baş ofisi Cenevrəyə məktub yazmışıq. Sürücülər bizimlə əlaqə saxlayır, vəziyyət barədə bizə məlumat verirlər”, — deyə İsgəndərov bildirib.

Facebook şəbəkəsində yandırılmış TİR avtomobilinin videosu yayılıb. Məlumatlara görə, Rusiya qoşunlarının xüsusi təyinatlıları etirazçıların qarşısını almaq üçün hadisə yerindədir.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: