Bakıda polisin fahişələrdən 3 min manat rüşvət almasının təfərrüatı açıqlandı – YENİLƏNİB

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov və həmin bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımovun işdən çıxarılmasının əlavə təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, R.Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidmət yerini tərk edib. Bundan sonra o, özünü Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçirib. R.Qasımov fahişəliklə məşğul olan iki qadına özünü İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra qadınları İAQMBA-nın yaxınlığına aparıb. Qadınlar R.Qasımova yalvararaq ona rüşvət təklif edib. Bundan sonra R.Qasımov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşının İAQMBA əməkdaşı olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan sonra R.Qasımov vəzifədən qovulub. Onun rəisi polis polkovniki Ceyhun Hüseynov isə işçisinə lazımi qaydada nəzarət edə bilmədiyinə görə vəzifədən azad edilib.

***

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. O qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

Belə ki, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar – Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.

*** 

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, onunla bərabər, kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.

Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı qeyri-qanuni əməliyyat keçiriblər.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 Yanvar – Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

***

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov və kapitan rütbəsində olan polis əməkdaşı işdən çıxarılıblar.

“Report”un əldə etdiyi məlumata görə, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları saxlayıblar. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar.

Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 Yanvar – Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

Daxili İşlər Nazirliyi Bakıda vəzifəli polislərin işdən çıxarılmasına münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. 

O, qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

“İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar – Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: