Müsavat başqanı şəhid Ravil Novruzovun məzarını ziyarət etdi – VİDEO, FOTO

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Xızı rayonunun Giləzi qəsəbəsində aprel şəhidi Ravil Elman oğlu Novruzovun məzarını ziyarət edib. Tədbirdə şəhidin qohumları, eləcə də Müsavat Partiyasının bir qrup fəalı iştirak ediblər.

Müsavat başqanı Arif Hacılı Vətən üçün şəhid vermiş torpağın müqəddəs olduğunu, şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıb.

Müsavatçılar şəhidin məzarı üzərinə güllər qoyub, ruhuna dualar oxuyublar. Arif Hacılı həmçinin şəhidin ata yurdunda təşkil edilən il mərasimində iştirak edib.

Aprelin 2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ravil  Elman oğlu Novruzov 1986-cı ildə sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində  doğulub. Ailənin ikinci oğlu idi.

Aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. 33 yaralının adı bəllidir.

Həlak olanlardan 52 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

Allah rəhmət eləsin!

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: