Müsavat Gənclər Təşkilatı aprel şəhidlərini ziyarət etdi – Foto/Video

Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının təşəbbüsü ilə təşkilatın bir qrup üzvü və müsavatçı fəallar Sumqayıt şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etdilər.

Müsavatçılar Sumqayıtdakı Şəhidlər xiyabanında 4 günlük müharibədə (2016-cı il 2 -5 apreldə) həlak olan şəhidlərin məzarlaını ziyarət etdilər.

Anım tədbirində çıxış edən Müsavat başqanının müavini, keçmiş siyası məhbus Fərəc Kərimli hərbi xidmətdə olduğu vaxtda onun komandiri olmuş  2 aprel şəhidi, qəhrəman polkovnik  – leytinant Raquf Orucovla bağlı  xatirələrindən danışdı, onun ədalətsizliyə dözməyən və çox cəsur bir zabit olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Müsavat Sumqayıt Təşkilatının sədri Fəxrəddin Abbas da, Raquf Orucovun göstərdiyi qəhrəmanlıqlardan danışdı, xalqımızın bu qəhrəman oğulları heç vaxt unutmayacağını bildirdi. Fəxrəddin Abbas şəhidlərimizin canlarını qurban verdikləri vətənin düşmən tapdağında olan torpaqlarının geri qaytarılmasının vacibliyini vurğuladı.

Anım mərasiminə qatılan iştirakçılar Şəhidlər Xiyabanında uyuyan Nəməlum Əsgərin məzarını da ziyarət edib hüzünlərini ifadə etdilər. 

Xiyabanda Qarabağ müharibəsində itkin düşənlərin adları yazılmış lövhənin qarşısına gül dəstələri qoyan müsavatçılar itkinlərimizin sağ-salamat olduqlarına ümid etdiklərini bildirdilər.

 

XATİRLATMA

 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, 2016-cı ilaprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. 33 yaralının adı bəllidir.

Həlak olanlardan 52 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

 

Könül Alı

Bastainfo.com kbO8zW m32NQY O0ozQA

%d bloqqer bunu bəyənir: