Şair Yevgeny Yevtushenko vəfat edib

ABŞ-da yaşayan tanınmış şair Yevgeny Yevtushenko vəfat edib. Bu haqda onun əməkdaşlıq etdiyi “Novaya Gazeta” yazıb.

Şair 1991-ci ildən ABŞ-da yaşayır və Tulsa universitetində mühazirələr oxuyurdu.

150-dən çox kitab müəllifi olan Yevtushenkonun bəzi şeirləri Azərbaycan dilinə də tərcümə edilib

Azadlıq Radiosunun məlumatında şairin Moskvada dəfn ediləcəyi bildirilir.

Ünlü rus şairi Yevgeni Yevtuşenko 1932-ci ildə Sibirdə doğulub. O, 60-cı illər nəslinin ən parlaq nümayəndələrindəndir.

Hələ Sovetlər zamanında bütün dünyada tanınıb.

Y.Yevtuşenkonun 1966-cı ildə yazdığı ən məşhur misrası– «Поэт в России больше, чем поэт» («Rusiyada şair şairlikdən artıqdı») yaradıcılığının manifestinə çevrilib və dildən-dilə düşüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: