Ermənistan parlamentinə 4 partiya keçir

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Artıq bülletenlərin 75%-nin sayıldığı bildirilir. «RIA Novosti» informasiya agentliyi xəbər verir ki, Respublikaçılar səslərin 49.32 (529 min səs), «Tsarukian» bloku 27.67 (298 min səs), «Daşnaksutyun» isə 6.74 (72 min səs) faizini toplayıb.

«Yelk» bloku parlamentə düşmək üçün gərəkən baryeri bülletenlərin yalnız 64%-i sayılandan sonra toplaya bilib. Bu blok 7.39% (79 min səs) toplayıb.

Parlamentə düşməyə partiyalar minimum 5, bloklar 7 faiz səs toplamalıdırlar.

Rəsmi rəqəmlər ötən gün keçirilən Eksitpolun ilkin nəticələri ilə üst-üstə düşür. Eksitpolun nəticələrinə görə görə də Ermənistanda keçirilən seçkidə parlamentə 4 siyasi qüvvə düşüb.

Bunlar hakim “Respublika” partiyası, “Tsarukyan” bloku, “Yelk” bloku və ARF “Daşnaksütyun” partiyasıdır.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, eksitpolu BS/The Gallup Organization təşkilatı ilə Ermənistanın sosioloji assosasiyası (ASA) keçirib.

BS/The Gallup Organization-un məlumatına görə, “Respublika” partiyası 46%, “Tsarukyan” bloku 25%, “Yelk” bloku 10%, ARF “Daşnaksütyün” partiyası 5 %, “Erməni dirçəliş” partiyası 4%, “Ohanyan-Raffi-Oskanyan” bloku 3%, “Erməni milli konqresi”-“Ermənistan xalq partiyası” bloku (Konqres-NPA) 3%,”Azad demokratlar” 2%,”Kommunist partiyası” isə 2 faiz səs toplayıb.

Bütün ölkə boyu 125 seçki dairəsində keçrilən eksitpolda 30 min adam iştirak edib.

 

%d bloqqer bunu bəyənir: