FHN: “Təzə bazar”da baş verən yanğının səbəbləri araşdırılır – VİDEO

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

Bunu Report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.

O bidirib ki, araşdırmanı nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları aparır: “Yanğının nədən çıxdığının səbəbləri araşdırılır və bununla bağlı akt tərtib olunur”.

Qeyd edək ki, ötən gecə baş vermiş yanğın nəticəsində bazarda birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.

08:40

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kvadrat metr və piştaxtalar 400 kvadrat metr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerindən foto və video APA-ya istinadla təqdim olunur.

%d bloqqer bunu bəyənir: