Sankt-Peterburqda terror aktı törətməkdə şübhəli bilinən şəxsin valideynləri dindirilir – YENİLƏNİB

Qırğızıstanın xüsusi xidmətləri kamikadze olduğu ehtimal edilən, Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən Ekbercan Celilovun valideynlərini dindirməyə başlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə şübhəli şəxsin ailəsi ilə tanış olan şəxslərin sözlərinə istinadən 24.kg agentliyi məlumat yayıb. 

“Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən şəxsin valideynləri Dövlət milli təhlükəsizlik Komitəsinin Oş vilayəti üzrə idarəsində dindirilir. Onlar idarəyə dünən axşam gətiriliblər”, – agentlikdə qeyd ediblər. 

Qeyd edilir ki, 2011-ci ildə Ekbercan Celilov valideynləri ilə bərabər Rusiyaya köçüb, amma bir müddət sonra valideynləri Qırğızıstana geri qayıdıb, Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən şəxs isə ölkədə qalıb. 

Agentliyin məlumatına görə, martın əvvəlində Celilov Qırğızıstanın Oş vilayətinə səfər edib. 

 

11:01

Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. 

Bu barədə Report “Habertürk”ə istinadən xəbər verir.

Məlumata əsasən, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekebrcan Celilovdur

Agentliyin məlumatına görə, o, Rusiya vətəndaşıdır. 

Rusiyanın Sankt-Peterburq şəhərində metro vaqonunda partlayış baş verib. RBK şahidlərə istinadən xəbər verir ki hadisə nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.

Ria Novosti xəbər verir ki, partlayış “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyalarında baş verib. Metronun həmin həlqəsi üzrə qatarların hərəkəti dayandırılıb.

Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.

Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.

Dojd TV telekanalı hadisənin teror aktı olduğu haqda məlumat yayıb. İnterfaks agentliyi 10 nəfərin öldüyü, 20 nəfərin yaralandığını təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin bu gün səhərdən Sankt Peterburqda işgüzar səfərdədir. O, bu gün axşam Rusiyanın ikinci paytaxtında Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşməli idi.

 
 
 
 
%d bloqqer bunu bəyənir: