Amerika Suriyaya qarşı mövqeyini sərtləşdirir

Amerika birləşmiş Ştatları BMT-nin Təhlükəsizlik Şurasında bəyan edib ki,  Suriyada yaranmış vəziyyətlə bağlı birtərəfli hərəkət edə bilər. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Nikki Hayley bildirib. O, Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

Suriyada kimyəvi silah tətbiqi üzrə ehtimala görə çağırılmış  BMT Təhlükəsizlik Şurasının iclası nəticəsiz başa çatıb. ABŞ, Britaniya və Fransanın təklifi ilə keçirilən səsvermə şuranın üzvləri arasında fikir ayrılığı səbəbindən  baş tutmayıb. Hayleyin sözlərinə görə, Suriya hökuməti, Rusiya və İran münaqişənin həllində maraqlı deyillər.

Aprelin 4-də Suriya müxalifəti Xan-Şeyxunda onlarla insanın öldürüldüyünü bəyan edib. Yerli həkimlər əsəbləri iflic edən qaz tətbiq olunmasından  şübhələnirlər. Hal-hazırda qurbanlarının sayı 72 nəfərə çatıb. Üsyançılar hücumda Suriya hökumət qüvvələrini günahlandırır.

ABŞ prezidenti Donald Trump bildirib ki, o kimyəvi hücum barədə   hesabatdan sonra Bəşər Əsəd rejiminə münasibətini dəyişəcək.

O baş verənləri qəbuledilməz adlandırıb.  Amerka liderinin sözlərinə görə, bu məlumat münaqişəni yeni səviyyəyə çıxarıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriya aviasiyası yalnız kimyəvi maddələr olan anbarlara zərbə vurub. Moskvanın versiyasına görə, göstərilən silahlar Suriyaya İrak ərazisindən daxil olur.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: