Avropa Məhkəməsi Azərbaycanı 81 690 avro cərimələdi

Aprelin 6-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 11 ərizəçinin işi üzrə qərarını elan edib.

Bu haqda vəkil Əsabəli Mustafayev özünün feysbuk səhifəsində məlumat yayıb.

“Bu gün Avropa Məhkəməsi 11 ərizəçinin işi üzrə qərarlarını elan edib. Onlardan 9 Ərizəçinin hüquqlarını mən müdafiə edirdim” – Əsabəli Mustafayev bildirib.

Vəkil mənəvi və maddi zərərə görə təzminat alacaq ərizəçilərin siyahısını açıqlayıb:

Səxavət Mehtiyev – 6480 avro,

Azər Sadıqov – 6480 avro,

Osman Əhmədova – 6480 avro,

Tuncay Quliyev – 6000 avro,

Cavid Quliyev – 6000 avro,

Tural Sadıqlı – 6000 avro,

Kəmalə Xəlilova – 6000 avro,

Orxan Əyyubzadə – 6000 avro,

Vüsal Bayramov – 8850 avro.

Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə 9 400 avro ayrılıb.

Digər vəkillərin apardıqları iş üzrə Xədicə İsmayıla 6000, Cavid Qarayevə mənəvi ziyana görə 4000, hüquqi xidmətə görə 2000 avro verilməsi ilə bağlı qərar çıxarılıb”.

“Ödəniləcək kompensasiyaların cəmi 81 690 avro edir” – Əsabəli Mustafayev hesablayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin keçən il çıxardığı qərarların bir çoxunu icra etməyib və kompensasiyalar hələ ödənilməyib. 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: