Avropa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi

Bu gün, aprelin 6-da, Avropa parlamenti Rusiyanı  müxalifətçi Aleksey Navalnı və digər aksiya iştirakçılarını dərhal azad etməyə çağırıb.

Strasburqda Avropa  parlament  assambleyasının plenar sessiyasında qətnamə qəbul edilib. Avropa parlamenti Rusiya hakimiyyətini martın 26-da və aprelin 2-də Moskva və digər  şəhərlərdə həbs edilən bütün nümayişçi fəalları və jurnalistləri  dərhal azad etməyə çağırır.  

AP, həmçinin xahiş edir ki, saxlanılanlara qarşı bütün ittihamlar aradan qaldırılsın.

“AP qeyd edir ki, Rusiya hakimiyyəti həbsdə olan şəxslərin təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır”, —  qətnamədə deyilir.

Xatırladaq ki, martın 26-da Moskvada və Rusiyanın 80-dən artıq şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilmişdi. Moskva məhkəməsi Navalnını polisin qanuni tələbinə itaətsizlikdə günahlandıraraq 15 sutka həbs və icazəsiz aksiyaların təşkilinə görə 20 min rubl cərimə edib.

Artıq sabahdan həbs olunanların cəza müddətləri başa çatır. 7 apreldə İlk olaraq Moskvada 12 sutka həbs cəzası almış Timofey Medvedyev, Aleksey Suslov və Serqey İvanov azadlıqda olacaqlar.

Aprelin sonuna daha bir müxalifətçi Mixail Xodorkovski Rusiyada prezident Putinə işarə olaraq “Nadoyel” şüarı ilə sisilə nümayişlərin keçiriləcəyi anonsunu verib.  

Heybət Əmrah

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: