ABŞ-ın raket zərbələri nəticəsində Suriyanın iki hərbi obyekti məhv edilib, 6 nəfər ölüb

ABŞ raket zərbələrindən sonra Suriyanın Xoms şəhərindəki aviabaza məhv edilib. İlkin məlumatlara görə, raket zərbələri nəticəsində 9 təyarə məhv edilib. “Rossiya -24” telekanalının Suriyadakı korespondenti xəbər verir ki, aviabazada olan avitexnuikanın bir qismi, o cümlədən 5 qırıcı təyyarə slamat qalıb.

Avibazada olan azı 6 nəfərin bombardman nəticəsində həlak olduğu bildirilir. Məlumata görə, çoxlu sayda yaralananlar var.

Suriyanın Şayrat şəhərindəki hərbi aerodrom da raket zərbələrinə məruz qalıb. Orada olan anqarların birində yanğın başlayıb. Yanğın nəticəsində anqarda olan mərmilər partlamağa başlayıb, – “Rossiya 24” telekanalının hadisə yerində olan müxbiri məlumat verir.

Qeyd edək ki, avia zərbələr Bəşər Əsəd ordusunun öz əleyhidarlarına qarşı kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ prezidenti Donald Trampın qərarı ilə endirilib.

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: